Ukrayna savaşı İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası yaradıb

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası ilə nəticələnib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilib. “7,9 milyondan çox insan ölkəni tərk edib, daha 5,9 milyon insan isə məcburi köçkün vəziyyətinə düşüb”, – Komissarlığının bəyanatında deyilir. Bəzi rəqəmlərə görə, ümumilikdə fevralın 24-dən etibarən…

Ukrayna Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib. Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək. “Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var –…

“Rusiya tribunal qarşısında cavab verməlidir”

Müxtəlif siyasi dairələrdən olan yüksək rütbəli britaniyalı siyasətçilər birgə bəyanat yayaraq Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı hərəkətlərinin araşdırılması üçün xüsusi tribunal yaradılması tələbini dəstəkləyiblər. Leyboristlər Partiyasının lideri Keyr Starmer, NATO-nun keçmiş Baş katibi Corc Robertson, keçmiş xarici işlər naziri Devid Ouen və keçmiş mühafizəkar lider İen Dunkan Smitin də daxil olduğu siyasətçilər qrupu…

İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.  

Tayvan yaxınlığında döyüş təyyarələri havaya qaldırıldı

Tayvan hərbçiləri gün ərzində adanın yaxınlığında 57 Çin döyüş təyyarəsi və dörd hərbi dəniz gəmisi aşkar ediblər. Bu barədə Tayvan hərbi departamentindən məlumat verilib. Tayvan ətrafında hava və dəniz məkanının müşahidəsi yanvarın 8-i səhər saat 6-dan 9-u səhər saat 6-dək aparılıb. Xalq Azadlıq Ordusunun 57 təyyarəsindən 28-i Tayvan Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında müşahidə olunub.…

Respublika yollarındakı son vəziyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) respublikanın əsas avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb. Bildirilib ki,  Zəfər yolunda qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi üçün və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Toğanalı-Kəlbəcər-İstisu yolunda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ…