Ukrayna Daxili İşlər Naziri Arsen Avakov vəzifəsindən istefa etdi.
PLATFORM4.NEWS Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir.
Avakov “Ukrayna Nazirlər Kabineti haqqında Qanunun 18-ci maddəsinin birinci hissəsinə uyğun olaraq” daxili işlər naziri vəzifəsindən istefa məktubu təqdim edib.
Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.
Ukrayna Ali Radasında iyulun 15-də keçiriləcək iclasda Avakovun istefa ərizəsinə baxılacaq.
PLATFORM4.NEWS








