İlham İsmayılov: “Hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır”

“İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə” – bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və…

Təhlükə MDB məkanına sıçrayır

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstandan çıxması ilə bu ölkədəki hərbi və siyasi qeyri-müəyyənliyin artdığını bildirib. Nazir mövcud şəraitdə qeyri-sabitliyin qonşu ölkələrə (Mərkəzi Asiya) yayılma riskinin olduğunu deyib. Əfqanıstandakı vəziyyətin sürətlə pisləşdiyini qeyd edən Lavrov bu ölkə və ətrafında hərbi və siyasi vəziyyətin inkişafına dair qeyri-müəyyənliyin ABŞ və NATO…

İlham Əliyev iki ölkəyə yeni səfir təyin etdi

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan başqa, Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri…

Ərdoğanın yeni hədəfi: “Güc nisbəti Türkiyənin xeyrinə dəyişir”

Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzayi Beynəlxalq Hava Limanının istismarı və təhlükəsizliyi ilə bağlı Türkiyə və ABŞ arasında danışıqlar davam edir. Rusiyanın hərbi “Warfiles” saytında bölgədəki güc nisbətinin Türkiyənin xeyrinə dəyişdiyi vurğulanan bir məqalə dərc olunub. Məqalədə qeyd edilib ki, Ankaranın ABŞ, Rusiya və digər Qərb dövlətləri ilə müqayisədə bölgədə həm tarixi, həm də Türk-İslam ortaq…

ABŞ-dan Türkiyəyə zəng – Regional durum müzakirə edildi

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb. Telefon danışığında tərəflər ikitərəfli əlaqələrin gedişatını, Suriya, Şərqi Aralıq dənizi və Kiprdə, xüsusilə də Əfqanıstandakı regional vəziyyəti müzakirə edib. Türkiyənin regional və qlobal məsələlərdə sülh və sabitliyi təmin etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində səylərini davam etdirməkdə qərarlı…

“Qiymət artımı daha sürətli davam edəcək”

“Qiymət artımı bir neçə ay daha sürətli davam edəcək. Ancaq gözlənilməz inflyasiyanın keçdikcə azalacağını proqnozlaşdırıram”. ABŞ Maliyyə Naziri Canet Yellen deyib. Yellen inflyasiyanın orta müddətdə normal səviyyəyə enəcəyini düşünür: “Bu məsələyə çox diqqət yetirilməlidir. İnflyasiya təzyiqlərinin iqtisadi dirçəlişə mane ola biləcəyinə dair narahatlıqlar var. Ancaq 2008-ci ildə maliyyə böhranına doğru getdiyimiz zaman müşahidə etdiyimiz təhlükələri…

Hitlerin ölümündən 76 il sonra

Almaniyanın Hessen əyalətinin Deputatlar Şurası Üçüncü Reyxin diktatoru Adolf Hitlerin “Babenhauzen şəhərinin fəxri vətəndaşı” titulundan məhrum edilməsi barədə yekdil qərar qəbul edib. Qərar nasist liderinin ölümündən 76 il sonra verilib. “Bild” bu addımın şəhərin totalitar keçmişi ilə apardığı mübarizənin bir hissəsi olduğunu yazıb. Hitler 1933-cü ilin aprelində Babenhauzenin “Fəxri vətəndaş”ı olub, həmin ilin yanvarında Almaniyanın…

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 106-ya çatdı

Almaniyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb. Fransa təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesində Almaniyaya yardım təklif edib. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer özünün “Twitter” səhifəsində Fransaya təşəkkürünü bildirib: “Təşəkkür edirəm. Bir daha təşəkkür edirəm. Fransız həmkarım Florens Parli ilə danışdıq və o Fransa hərbçilərinin yardımını təklif etdi. Fəlakətlər zamanı çox mühüm birlik”.…