XİN: Qanunsuz güc tətbiqinin bölgədə sülh və təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib
“Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə yaxşıdır. Lakin bu müsahibələri sadəcə oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır”. APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 iyul 2021-ci il tarixli açıqlamasına dair şərhində qeyd olunur. “Birincisi, bəli,…










