Türk nazir S-400-dən danışdı

Rusiyadan növbəti S-400 sisteminin alınması ilə bağlı tərəddüd yoxdur. Bu sözləri Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib. “Biz masa arxasına oturduğumuzda iki sistem üzərində razılaşma əldə edildi. Birincisi göndərildi. İkinci sistemlə bağlı birgə istehsal, müəyyən texnoloji mərhələlər var. Həmçinin burada detallı danışıqlar prosesi də gərəkdir. “Türkiyə birinci sistemi aldı, daha sonra isə ikinci sistemi…

Sosial sahədə yeni elektron xidmətlər və e-təyinat sistemləri yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalına yerləşdirilmiş xidmətlərinə bu ilin 8 ayında 10,3 milyon, e-sosial.az portalına isə 6 milyon 850 minə yaxın müraciət qeydə alınıb. Bu dövrdə sosial təminat növləri (pensiya, müavinət, təqaüd) üzrə 130 minə yaxın təyinat və 93 minədək işçiyə sosial sığorta nömrəsinin (SSN) açılması e-qaydada, proaktiv formada yerinə yetirilib.…

Azərbaycan əhəmiyyətli tranzit ölkəsinə çevriləcək

Bu gün İranın Çabahar limanı vasitəsilə Hindistan ilə Rusiya arasındakı ticarət dövriyyəsinin dəyəri 11 milyard dollar təşkil edir. Bu barədə Çabahar Azad İqtisadi Zonasının baş direktoru Əbdülrəhim Kordi mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, Çabahar limanı Cənub-Şərqi Asiya ölkələrinin ticarət dövriyyələrinin artırılması üçün böyük imkanlar yaradıb. Bu ölkələr Çabahar limanı vasitəsilə yeni bazarlara çıxış…

“Google”un servisləri köhnə əməliyyat sistemli cihazlarda bağlanacaq

“Google” şirkəti sentyabrın 27-dən “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır. Bununla da sözügedən cihazlarda “Google Play” və onun hədiyyə kartı, “YouTube”, “Google Drive”, “Gmail” kimi servislərin açdığı geniş imkanlardan yararlana bilməyəcək. Şirkətdən bildiriblər ki, bu addım istifadəçiləri qorumaq məqsədilə atılıb. Belə ki, köhnə əməliyyat sistemilə çalışan cihazlarda hesaba icazə verilməsi ilə fərdi…

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının qurultayı olub

Türkiyənin Kocaeli şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) V növbədənkənar qurultayı keçirilib. Türkiyədə fəaliyyət göstərən 18 Azərbaycan dərnəyinin daxil olduğu təşkilatın qurultayı II Qarabağ savaşı zamanı qəhrəmancasına şəhid olan vətən övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Tədbirdə TADF-in sədri Bilal Dündarın hesabat məruzəsi dinlənilib. Hesabatda…

Ölkəmiz ABŞ-dakı beynəlxalq yemək festivalında təmsil olunub

Şimali Karolina ştatının Roli şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ölkəmiz ABŞ-da keçirilən beynəlxalq yemək festivalında təmsil olunub. Müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda 26 ölkə iştirak edib. Onların arasında Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ukrayna,…