Türkiyə artıq regiondakı hər məsələdə söz sahibidir

“Türkiyə gələcək hədəflərinə yönəlib. Bu mənzərəni tərsinə çevirmək istəyənlər var. Onlara icazə verməyəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyənin son 20 ili 200 il əvvəlki tarixindən çıxardığı dərslər işığında demokratiya və inkişaf uğrunda mübarizələrlə keçdi. Türkiyə artıq regiondakı hər məsələdə söz sahibidir, bu müzakirə edilə bilməz. Bütün mühüm beynəlxalq platformalarda Türkiyənin əhəmiyyətli yeri…

Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın tərkib hissəsidir

ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva…

Akardan Rusiyaya mesaj – “Müqaviləyə əməl edin!”

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik.” Bunu Hatayda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. H.Akar İdlibə hücum nəticəsində Türkiyə ordusunun həlak olan iki əsgəri ilə bağlı da mövqeyini bildirib: “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı,…

Paşinyandan şok təlimat: İşğal altındakı kənd tam boşaldıldı

“Ermənilərin işğalında olan Sədərəkin Kərki kəndi tam boşalıb”. Bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib. Onun sözlərinə görə, kənddə qanunsuz məskunlaşan 500-ə yaxın erməni ərazini tərk edib: “İşğalçıların nümayəndəsi müxbirin “Kənd Azərbaycana verilir?” sualına cavabsız buraxıb və onu çəkməməyi tələb edib. Ermənistanın hakimiyyət dairələri Baş nazir Nikol Paşinyanın göstərişinə uyğun olaraq Kərki kəndində daimi və…

Merkel: “Əfqanıstanda məqsədə çatmadıq”

“ABŞ -da 11 sentyabr 2001-ci ildə baş verən terror hücumlarından sonra Qərb Əfqanıstanda nail olmaq istədiyi bütün məqsədlərə çata bilmədi”. Bunu Almaniya kansleri Angela Merkel bildirib. Merkel, xüsusilə qadın hüquqlarının qorunması ilə əlaqədar bir sıra məsələlərdə “Taliban” hərəkatı ilə razılaşmanın çətin olacağını bildirib: “Bu anadək təhlükəsizliyimizi təhdid edən terroru məğlub edə bildiyimizi, amma istədiyimiz bütün…

Ronaldo “Mançester Yunayted”in formasında meydana çıxdı

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo dönüşünü qeyd edib. Portuqaliyalı superulduz İngiltərə Premyer Liqasının IV turunda buna nail olub. “Nyukasl”ı qəbul edən “qırmızı şeytanlar”ın start heyətində meydana çıxan 36 yaşlı forvard 12 ildən sonra yenidən “Mançester Yunayted”in formasını geyinib. Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib.