Türkiyə İranla sərhəd-keçid məntəqələrini bağlayıb.
İranla Ticarətin İnkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bu barədə məlumat verib.
Onun sözlərinə görə, bu addım Türkiyənin yük maşınlarının İran ərazisindən keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb: “İranla Azərbaycan sərhədindəki gərginliyə görə ölkələrimiz arasında ticarət dövriyyəsi tamamilə dayanıb”.







