BQF “Arsak konfransı”na hazırlıq işlərini müzakirə etdi

Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının növbəti iclası keçirilib. QAT sədri, BQF koordinatoru Akif Nağının moderatorluğu ilə keçən iclasda ötən bir ay ərzində müxtəlif ölkələrdə görülən işlərlə bağlı,  o cümlədən Anım Günü ilə bağlı keçirilən tədbirlərə dair müxtəlif ölkələrin təmsilçiləri məlumat verdilər. Sonra bir sıra aktual məsələlər müzakirə olundu, xüsusi olaraq noyabr ayında keçiriləcək  “Arsak:…

Elmar Məmmədov rektor Pyotr Kulikovu Beynəlxalq Alyansın qızıl medalı ilə təltif edib

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev  Milli Tikinti və Arxitektura Universitetinin rektoru, Ukrayna Universitet Rektorları Şurasının sədri Pyotr Kulikovla görüşüb. Platform4.news  xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında təhsil sahəsindəki əməkdaşlığın perspektivləri müzakirə olunub. Alyansın sədri Elmar Məmmədov Universitetin rektoru Pyotr Kulikovu Beynəlxalq Alyansın qızıl medalı ilə təltif edib. Elmar Məmmədov bildirib ki,…

Azadlıqlarının bir yaşını qeyd edən şəhər və kəndlərdə dünyanın ən müasir şəhərsalma layihələri icra olunacaqdır

Ölkəmiz 30 illik müasir müstəqillik dövründə bir çox uğurlar əldə etmişdir. Lakin bizim heç bir uğurumuz Qarabağ zəfəri qədər böyük deyildir. İşğal altında olan torpaqlarımız qanlarını, canlarını vətən uğrunda qurban verənlərin hesabına azad olunmuşdur. Ölkəmizin hər regionu inkişaf edir, hər şəhəri, hər kəndi müasir görüntüyə bürünür. Buna bəzən xarici dostlarımız inkişafın “Azərbaycan modeli” də deyirlər.…

Türkiyədən İrana zərbə – Bu əlaqələr dayandırıldı

Türkiyə İranla sərhəd-keçid məntəqələrini bağlayıb. İranla Ticarətin İnkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bu barədə məlumat verib. Onun sözlərinə görə, bu addım Türkiyənin yük maşınlarının İran ərazisindən keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb: “İranla Azərbaycan sərhədindəki gərginliyə görə ölkələrimiz arasında ticarət dövriyyəsi tamamilə dayanıb”.

“Türkiyə hücum edərsə, Fransa köməyə gələcək”

“Türkiyə Yunanıstana hücum etsə, Fransa bizə kömək etməyə tələsəcək”. Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib. Nazir iki ölkə arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin Yunanıstan və Fransanın xarici təhlükənin yaranacağı durumda bir-birinə kömək edəcəkləri anlamına gəldiyini bildirib. Müqaviləni ratifikasiya etmək üçün toplanan parlamentdə çıxış edən Yunanıstan baş naziri qeyd edib: “Üçüncü ölkədən iki dövlətdən…

ABŞ hərbçiləri İraqı belə tərk edir

ABŞ-ın İraqdakı üç hərbi briqadası ölkəni tərk edir. İraqın Ayn-Əl-Əsəd vilayətində yerləşən ABŞ hərbi bazasından üç briqada ölkəni tərk etməyə başlayıb. Nəzərə çatdıraq ki, ötən ay İraq ordusunun nümayəndəsi general-mayor Təhsin Əl-Havadçı mətbuat nümayəndələrinə bildirib ki, oktyabrda ABŞ-ın İraq ərazisindəki hərbi bazaları ölkəni tərk etməyə başlayacaqlar. ABŞ hərbçiləri İraq ərazisindən qarşılıqlı razılaşma əsasında çıxır.