Xarkovda Nizami Gəncəvinin yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Ukraynanın Xarkov şəhərindəki Milli Radioelektronika Universitetində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Ukrayna-Türk ortaq mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin, Azərbaycanın Ukraynadakı səfirliyinin və Xarkov Şəhər Şurasının birgə təşəbbüsü ilə baş tutub. Beynəlxalq elmi konfransda alimlər, nizamişünaslar, diplomatlar və yerli…

Latviyada NATO aviasiyası üçün yeni baza

Latviyada Lielvarde aerodromu tam şəkildə istifadəyə verilib. Sözügedən aerodrom NATO qırıcıları üçün ehtiyat uçuş-eniş meydançası rolunu oynayacaq. NATO komandanlığından verilən məlumata görə, aerodrom sutkanın istənilən vaxtı, istənilən hava şəraitində təyyarələri qəbul etməyə hazır vəziyyətdədir.  

Bura “Azərbaycanın Parisi” olacaq

Türkiyə və Azərbaycan erməni işğalından azad edilmiş Zəngilan rayonunda illərlə boş qalan torpaqları kənd təsərrüfatı üçün hazırlayır. Bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc olunmuş məqalədə bildirilib. Məqalədə qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş bölgələrdə geniş yenidənqurma və inkişaf layihələri həyata keçirir: “Bölgədə yeni yollar, elektrik stansiyaları salan, dağılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti…

Bu ölkə yoluxma sayına görə dünyada birincidir

Rumuniya əhali sayına görə gündəlik olaraq dünya üzrə ən çox COVID-19 virusuna yoluxma faktı qeydə alınan ölkələr sırasında ilk pillədə qərarlaşıb. Ölkədə COVID testi verən hər 4 nəfərdən birinin test nəticəsi pozitiv çıxır. Ölkədə gündəlik yoluxma sayı min nəfərdən çoxdur. Əhaliyə virusdan qorunma üsulları, vaksinasiya barədə məlumat verilsə də, insanlar peyvənd olunmaqdan yayınırlar. Ölkə başçısı…

Putin və baş nazir arasında İran müzakirəsi

İsrailin yenidənqurma naziri Zeev Elkin Soçidə bu ölkənin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşlə bağlı açıqlama verib. Görüşdə tərcüməçi olan Elkin Moskva və Təl-Əviv arasında keçmiş baş nazir Binyamin Netanyahu dövründə olduğu kimi, ikitərəfli əlaqələrin davam etdirilməsinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Putin və Bennet Suriyada İsrail və…

“Bu, dünya əhalisinin məhvinə səbəb ola bilər”

ABŞ-ın 18 kəşfiyyat qurumu iqlim dəyişikliyinin Amerika və qlobal təhlükəsizliyə yaratdığı təhlükə ilə bağlı 27 səhifəlik hesabat yayımlayıb. Hesabatda iqlim dəyişikliyinin səbəb ola biləcəyi fəlakətlərin qlobal qeyri-sabitliyə gətirib çıxaracağı, planetdə güc balansının dəyişə biləcəyi bildirilib. “İqlim Dəyişikliyi üzrə Milli Kəşfiyyat Proqnozu” adlı sənəddə deyilib ki, iqlim dəyişikliyi səbəbindən geosiyasi gərginliklər artdıqca ABŞ-ın milli təhlükəsizlik maraqları…