“Yeni münaqişə ocağı yaranır”

“Asiya-Sakit okean regionunda çətinliklər və təhdidlər artıb, yeni münaqişələrə yol açacaq durum yaranıb”. Bunu Rusiya Prezidenti Vladimir Putin XVI Şərqi Asiya Sammitində onlayn çıxışı zamanı deyib. “Biz dəfələrlə demişdik ki, xüsusilə Ortamənzilli Nüvə Qüvvələri Sazişinin (INF) ləğvi ilə regionda bu hücum silahlarının sayı və buna uyğun olaraq silahlanma yarışı artacaq”, – Putin bildirib. Rusiyanın Asiya-Sakit…

24 saatda 576 ölüm

Son dövrlər Azərbaycan ətrafındakı ölkələrdə COVİD-19 virusunun sürətlə yayılması müşahidə olunur. Rusiya, Gürcüstan və Ermənistanda hazırda pandemiya pik mərhələsini yaşayır. Gürcüstanın baş epidemioloqu ölkədə virusunun beşinci dalğasının başlandığını bir neçə gün əvvəl elan etmişdi. İndisə məlum olub ki, Ukraynada da virusun yayılması pik həddə yaxınlaşır. Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında görə, son bir sutkada 151 mindən…

“Bu qərarı Azərbaycanla birlikdə verəcəyik”

“Türkiyə Ermənistanla bağlı bütün qərarları Azərbaycanla birlikdə verəcək”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması ilə bağlı İrəvandan müsbət siqnalın olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Bu məsələlərlə bağlı Azərbaycanla birgə məsləhətləşmələr aparırıq. Ermənistandan müsbət mesajlar gəldi. Biz də Ermənistanın atacağı müsbət addımlara cavab verəcəyimizi bildirdik. Azərbaycanla birlikdə hansı addımları…

Rusiya kosmosa yük maşını göndərdi

Rusiyanın “Proqres MS-18” pilotsuz yük maşını Qazaxıstanın Baykonur Kosmodromundan Beynəlxalq Kosmik Stansiyasına göndərilib. Gəminin buraxılışı Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəsmi saytında canlı yayımlanıb. Qeyd edilir ki, 560 kiloqram yanacaq, 420 litr içməli su və 1490 kiloqram texniki material daşıyan “Proqres MS-18” yük gəmisinin oktyabrın 30-u saat 04.34-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatacağı gözlənilir.

“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq”

Çinlə qarşıdurmada olan Tayvan hökumətinin lideri Tsay İnq-ven ABŞ hərbi qüvvələrinin bu ölkənin ordusuna təlim keçmək üçün adaya gəldiyini açıqlayıb. O, ABŞ-ın adanı Çinin mümkün müdaxiləsi və ya işğalından qoruyacağına inandığını deyib. Tayvan lideri CNN müxbirinin “Əgər Çin sizə qarşı hərbi addım atsa, ABŞ-ın sizi müdafiə edəcəyinə inanırsınızmı?” sualına belə cavab verib: “ABŞ-la uzunmüddətli əlaqələrimizi…

“Başqa yol qalmadı, güc tətbiqi…”

“İngiltərə hökuməti sadəcə “güc dilindən” anlayır”. Bunu Fransanın Avropa Birliyi (AB) üzrə dövlət naziri Klement Beaune iki ölkə arasında davam edən balıq problemi haqqında danışarkən deyib. Nazir əlavə edib ki, İngiltərəyə məxsus gəmilərin əksəriyyətinin Fransadakı limanlara daxil olması mümkün olmayacaq. Onun sözlərinə görə, İngiltərədən gələn və ya ora gedən ingilis yük maşınları və gəmilərinə sistematik…

Qitələrarası raketi işə saldılar

Hindistan 5000 kilometr mənzilə malik nüvə başlığı yerləşdirilə bilən qitələrarası ballistik raketi sınaqdan keçirib. Hindistan hökumətindən verilən açıqlamada ölkənin şərq sahilindəki bir adadan atılan 5 min kilometr mənzilli “Aqni-5” raketinin sınağının uğurla keçdiyi bildirilib. Açıqlamada raket sınağının “minimum çəkindirmə siyasəti”nə uyğun olduğu deyilib. Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd…