“Əvvəllər sülh deyirdik, indi qələbə deyirik”

Ukrayna Sovet İttifaqından ayrılaraq müstəqil olmasının 31-ci ildönümü qeyd edir. 24 avqust Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət videosu yayımlayıb. “Rusiyanın ölkəmizi işğal etdiyi 24 fevral günü Ukrayna yenidən doğuldu. Əvvəllər sülh deyirdik, indi qələbə deyirik. Donbası və Krımı nə yolla olursa-olsun, geri alacağıq”, – deyə Ukrayna prezidenti qeyd edib. Ukrayna hakimiyyəti…

Dünyanın ən güclü orduları AÇIQLANDI

Dünyanın ən güclü ordularının 2022-ci il siyahısı açıqlanıb. “Global Firepower” internet saytı 2022-ci il üçün ən yüksək hərbi gücə malik ölkələrin siyahısını təqdim edib. Hazırlanan reytinqdə ölkə ordularının texnoloji inkişafı, insan potensialı, hərəkətlilik qabiliyyəti kimi xüsusiyyətləri nəzərə alınıb. Birinci yerdə ABŞ ordusu qərarlaşıb. İlk onluqda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Birləşmiş Krallıq, Pakistan,…

İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub ünvanlayıb. Prezident.Az-ın məlumatına görə məktubda qeyd olunub: “Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri…

Ukrayna Silahlı Qüvvələri bir zərbə ilə 11 işğalçını məhv edib: anlar videoya çəkilib

Ukrayna müdafiəçiləri rus işğalçılarını tapıb məhv etməyə davam edirlər. Avqustun 24-də Ukrayna Silahlı Qüvvələri bir atəşlə 11 işğalçını bir anda məhv etdi. “PLATFORM4.NEWS” xəbər verir ki, atışma anı “Üçüncü Qüvvələrin” yaydığı videoya düşüb. “Biz düşmənimizin harada olduğunu bilirik. Onun nə etdiyini və nəyi planlaşdırdığını bilirik. Biz onları harada olur-olsun,  tapıb və acımadan  məhv edəcəyik”, –…