ABŞ-dən daha altı ölkənin BMT Təhlükəsizlik Şurasına daxil edilməsi təklifi

ABŞ Prezidenti Co Baydenin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına veto hüququ vermədən daha altı daimi yer əlavə etməyi təklif edib. Bu barədə “The Washington Post” öz mənbələrinə istinadla bildirib. Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib. Bildirilir ki, artıq Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild təşkilata üzv olan…

Ukrayna ordusunun Donbasla bağlı planları

“Ukrayna yaxın günlərdə Donbasda böyük hücuma keçə bilər”. Bunu Britaniya Parlamentinin Müdafiə Komitəsinin rəhbəri Tobias Ellvud deyib. “Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücuma hazır olmalıyıq”, – deyə o qeyd edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “tədqiqat və formalaşdırma əməliyyatları” aparırlar. “Ukrayna potensialının əsas hissəsi isə bu hücuma…

Aİ səfiri Ukraynaya humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib. O, bu barədə sosial şəbəkə hesabında yazıb. “Ukraynaya növbəti humanitar yardım göndərdiyi üçün Azərbaycana dərin minnətdarlıq və təşəkkür edirəm. Bu, dəhşətli cinayətin fəsadlarına, Kaxovka  bəndinin dağıdılmasına müqavimət göstərməyə kömək edir. Rusiya təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun məhv edilməsi müharibə…