Aİ İrana qarşı yeni sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək. Bu barədə çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbok “Twitter” səhifəsində yazıb. “Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra biz İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı Aİ sanksiyaları tətbiq etdik. Biz növbəti sanksiyalar paketi üzərində işləyirik. Gələn həftə onu qəbul etmək istəyirik”, – deyə XİN…

Şimali Koreya növbəti dəfə ballistik raket atdı

Şimali Koreya yenidən Şərq dənizi istiqamətində qısa mənzilli ballistik raket atıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komandanlığından bildirib ki, ballistik raketin buraxılışı Cənubi Pxenyan əyalətinin Sukçon bölgəsindən qeydə alınıb. Raket maksimum 6 max sürəti ilə təxminən 300 km uçub və Cənubi Hamqyonq əyalətinin sahillərindəki sularda boş adaya düşüb. Cənubi Koreya hərbçiləri həmçinin raket zərbəsi zonası…

Ermənistanın kapitulyasiya aktına imza atmasından iki il ötür

Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından iki il ötür. 10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə…

Dünyada qaçqınların sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatıb

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük rəqəmdir. Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib. “İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu,…

Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradılıb

Noyabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətində dörd hərbi administrasiyanın yaradılması barədə fərman imzalayıb. Dövlət başçısının 760 saylı fərmanı ilə Xerson vilayətində Skadovski rayonunun Dolmatovskaya kənd hərbi idarəsi, Skadovski rayonunun Qolopristan şəhər hərbi idarəsi, Kaxovka rayonunun Kaxovka şəhər hərbi idarəsi və Kaxovka rayonunun Krestovski kənd hərbi idarəsi formalaşdırılıb. Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş…

Komitə sədri Estoniya rəsmiləri ilə görüşüb

Estoniyaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Estoniyanın Dövlət idarəçiliyi naziri Riina Solman və Mədəniyyət Nazirliyinin Xarici əlaqələr departamentinin rəhbəri, icmalar üzrə məsul nümayəndəsi Anne Ly Reima ilə görüşü keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüşlər zamanı ölkələrimiz arasında tarixi münasibətlərdən, Azərbaycan icmasının Estoniyada aktiv fəaliyyət göstərməsindən,…