Prezident Vladimir Zelenski rus işğalçılarından azad edilmiş Xersondan video yayımlayıb.
Dövlət başçısı əsgərlər qarşısında çıxış edib.
“Əziz zabitlər, əziz hərbçilər, bizim qəhrəmanlarımız. Biz doğma Ukraynanın Xerson vilayətində sizinlə birlikdə olmaqdan şərəf duyuruq. Ürəyimdə, ruhumda hərarət. Mən sizə təşəkkür etmək istəyirəm. Ukraynanı Xerson vilayətinə qaytarırıq. Biz dövlətimizi, bayrağımızı qaytarırıq. Necə ki, Xerson vilayəti bütün 9 aylıq işğalda gözlədiyi kimi”, – deyə Zelenski bildirib.
Prezident ruslar tərəfindən vurulmuş evləri, binaları necə gördüyünü danışdı.
“Rusiya Federasiyası bizim dövlətimizdə nə etdi. Bütün dünyaya göstərdi ki, öldürə bilər. Amma bütün Ukrayna, Silahlı Qüvvələrimiz, Milli Qvardiyamız, kəşfiyyatçılarımız göstərdi ki, Ukraynanı öldürmək mümkün deyil”, – deyə Zelenski bildirib.