“Türkiyənin terrorla mübarizə planları heç kimi narahat etməməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra Ankaranın qonşu İraq və Suriyada yerləşən PKK silahlılarına qarşı durmaq əzmində olduğunu təsdiqləyib. Hökumətin iclasından sonra çıxış edən dövlət başçısı həmçinin bildirib ki, Türkiyə öz torpaqlarını terror hücumlarından qorumaq üçün icazə istəmək niyyətində deyil. “Türkiyə ərazisini müdafiə etmək və xarici təhdidləri dəf etmək üçün heç kimdən…

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya olmadan keçiriləcək”

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya Federasiyasının nümayəndəsinin iştirakı olmadan keçiriləcək”. Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində bildirib. O qeyd edib ki, tədbir Polşanın Lodz şəhərində baş tutmalıdır. “ATƏT Nazirlər Şurası ilk dəfə rusiyalı nazir olmadan keçiriləcək. Və bu, doğru variantdır – onun orada işi yoxdur. Onlar yalnız danışıqları imitasiya…

“Lukaşenko panikadadır”

“Belarus xarici işlər naziri Vladimir Makeyin qəfil ölümündən sonra Prezident Aleksandr Lukaşenko ciddi qorxuya düşüb. O, aşpazın, mühafizəçinin və xidmətçilərin dəyişdirilməsini əmr edib”. Bu barədə Rusiya müxalifət nümayəndəsi Leonid Nevzlin “Twitter” hesabında bildirib. Nevzlin Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbələrə istinadən qeyd edib ki, Makeyin ölümü təbii olmayıb, onu zəhərləyiblər. “Belarus xarici işlər naziri Vladimir…

Rusiya yeni raket zərbələri dalğasına hazırlaşır

“Rusiya Federasiyası yeni raket zərbələri dalğasına hazırlaşır, bunun üçün Qara dənizə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb”. Bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Natalya Qomenyuk telemarafon zamanı məlumat verib. “Uzun müddətdən sonra ilk dəfə Qara dənizdə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb. Göyərtəsində səkkiz “Kalibr” raketi daşıyan yerüstü raketdaşıyıcının ortaya çıxması hazırlıqların getdiyindən xəbər verir”, – deyə Qomenyuk bildirib.…

Almaniya vətəndaşlıq alma qaydalarını sadələşdirir

Almaniya vətəndaşlığı almaq üçün ölkənin qoyduğu tələblər yumşaldılır. Məlumdur ki, Almaniya Daxili İşlər Nazirliyi valideynlərindən heç olmasa biri Almaniyada qanuni olaraq azı beş il yaşayan, burada doğulan uşaqlara avtomatik olaraq vətəndaşlıq verilməsi, naturalizasiya yolu ilə vətəndaşlıq almaq üçün minimum müddəti səkkiz ildən beş ilə endirmək, başqa ölkənin vətəndaşlığından çıxmaq üçün mövcud tələbi ləğv etmək planlarını…

Parisdə etiraz aksiyası keçirən soydaşlarımız bəyanat qəbul ediblər

Fransanın paytaxtı Parisdə etiraz aksiyası keçirən soydaşlarımız bəyanat qəbul ediblər. “Report” xəbər verir ki, Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinə etiraz edən diaspora üzvləri aksiyanın sonunda bəyanatı Fransa Milli Assambleyasına  təqdim ediblər. Bəyanatda soydaşlarımız fransız deputatların yalnız bir tərəfin – ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pisləyiblər. Sənəddə diaspora üzvləri deputatlardan…

“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.   Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.