“SİYASİ PARTİYALAR HAQQINDA” YENİ QANUN : SİYASİ KONFİQURASİYA VƏ SİYASİ MƏDƏNİYYƏT NÖVBƏTİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla “Siyasi partiyalar haqqında” qanun qüvvəyə minmişdir. Nəticədə ölkəmizin siyasi sisteminin dayanıqlı və hərtərəfli inkişafı üçün olduqca mühüm qanunvericilik bazası formalaşmışdır. Bu reallıq fonunda bir sıra vacib suallara cavab axtarmağa çalışaq. Ölkəmizin ictimai-siyasi həyatının inkişaf dinamikasının idikatoru kimi çıxış edən “Siyasi partiyalar…

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb

Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirdi, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi. Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin…

SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir

Azərbaycan Ukrayna xalqının humanitar ehtiyaclarını qarşılamağa davam edir. Belə ki, hazırda Dneprdə Şinnaya küçəsi 14 ünvanında yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində ehtiyacı olan hər kəs, xüsusilə də raket atəşinə tuş gələn binanın dağıntıları arasında xilasetmə əməliyyatı aparan xidmətlərin əməkdaşları qida ilə təmin edilir. Bu barədə Dnepr şəhər administrasiyasının rəhbəri Boris Filatov məlumat yayıb. O, özünün “Facebook”…

Diaspor fəalları BMT-nin Vyanadakı nümayəndəliyi önündə erməni ekoterroruna etiraz edib

BMT-nin Vyanadakı nümayəndəliyi önündə Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Azərbaycan Akademik Birliyinin və Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin (AZER-DER) birgə təşkilatçılığı ilə baş tutan aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər. Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz…

Ukrayna limanlarından daşınan ərzaq məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb

Ukrayna limanlarından daşınan ərzaq məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb. Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterreşin sədrliyi ilə 22 iyul 2022-ci ildə imzalanan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin səyilə ərzaq məhsullarının Ukrayna limanlarından…

Çində COVID bir ayda 60 min nəfərin ölümünə səbəb olub

Çin səlahiyyətliləri 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında ölkənin tibb müəssisələrində COVID-19-dan 59 938 nəfərin öldüyünü müəyyən ediblər. Eyni zamanda, onlardan 5500-ə yaxını birbaşa koronavirusun yaratdığı tənəffüs problemləri səbəbindən dünyasını dəyişib. Təxminən 54 min nəfərdə isə COVID-19 digər xəstəliklərin yaratdığı problemləri daha da ağırlaşdırıb. Ölənlərin orta yaşı 80-ə yaxın olub.…

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.  

Türkiyə Prezidentinin sözçüsü İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub

“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb: “Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr,…