Azərbaycanın Ombudsmanı Quranın yandırılması ilə bağlı isveçli həmkarına məktub ünvanlayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçin Bərabərlik üzrə Ombudsmanı Lars Arrheniusa Stokholmda Türkiyə səfirliyi qarşısında müqəddəs Quranın yandırılması hadisəsi ilə bağlı məktub ünvanlayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, S.Əliyeva Avropa ölkələrində İslamofobiyanın yayılmasından narahatlıq duyduğunu ifadə edərək, törədilən əməlin müsəlmanların dini-etiqad azadlığını pozduğunu, həmçinin Avropada ayrı-seçkilik, dözümsüzlük və…




