Qazaxıstan Səhiyyə Nazirliyi ölkənin bütün regionlarından götürülmüş nümunələrdə koronavirusun Hindistan ştammını qeydə alıb.
Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.
“Nəticələrə görə, Hindistan ştammı bütün regionlarda və Nur-Sultan, Alma-Ata, Çimkent kimi şəhərlərdə aşkarlanıb”, – məlumatda qeyd olunur.
Koronavirusun “Delta” ştammının mutasiyasının mövcudluğu isə DNT nümunələrinin sıralanması başa çatdıqdan sonra müəyyən ediləcəkdir.







