NATO-nun Qara dənizdəki hərbi təlimlərinin Donbas münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.
Bunu təlimlərdə iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Stüart Buman söyləyib.
Amerikalı zabit NATO-nun döyüş gəmilərinin təlimlərdən sonra da bir müddət Qara dənizdə qalmağa davam edəcəklərini də diqqətə çatırıb.
NATO və Ukrayna Silahlı Qüvvələri iyulun 9-da birgə hərbi təlimlərə başlayıb. Təlimlərdə şərti düşmən hədəfləri məhv edilib.
NATO-nun Qara dənizdəki hərbi təlimləri iyunun 28-dən başlayıb. Rusiya baş verənlərə görə qarşı tərəflərə etiraz edib.







