Yəməndə təxminən 7 ildir davam edən vətəndaş müharibəsi nəticəsində 7,3 milyon insanın sığınacağa ehtiyacı var.
Bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı açıqlayıb.
Bəyanatda deyilir ki, 7,3 milyon yəmənlinin sığınacaq və qeyri-ərzaq yardımına ehtiyacı var. Bunun 75 faizi qadın və uşaqlardır.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.







