Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi təqdim edib

Ukrayna hökuməti Rusiya ilə viza rejiminin tətbiq olunması barədə qərar verib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi açıqlama verib. “Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxıb”, – Ukrayna Prezidenti Ofisinin yaydığı məlumatda qeyd olunur.

Qazaxıstan “Böyük Avrasiya” layihəsinin ideyasını dəstəkləyib

Qazaxıstan “Böyük Avrasiya” layihəsi ideyasını dəstəkləyir. Bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev “Rossiya-24” telekanalının yayımladığı Sankt-Peterburq İqtisadi Forumunda (SPİF) çıxışı zamanı deyib. “Sankt-Peterburq Forumu çərçivəsində, bildiyim kimi, Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması mövzusu maraqla müzakirə olunur – bu, Rusiya Federasiyasının təşəbbüsüdür. Qazaxıstan Böyük Avrasiya Tərəfdaşlığının yaradılması prosesinə müsbət münasibət bəsləyir”, – deyə o bildirib. Daha əvvəl…

“Artıq Zəngəzur dəhlizi də açılmalıdır”

“Artıq Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir”. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk…

“Biz dünyanı sülhə gətirməliyik”

“Biz dünyanı sülhə gətirməliyik”. Bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. “Ukraynadakı müharibə dünyanı təlatümə salır. Biz də ərəb dövlətləri olaraq bundan əziyyət çəkirik. Artıq dünyanın qarşısında böyük problemlər ortaya çıxır. Hər bir davranışımıza görə məsuliyyət daşımalıyıq”, – o…

“Azərbaycan enerji daşıyıcılarının alternativ tədarük mənbəyinə çevrilib”

“Azərbaycanın enerji daşıyıcıları Avropaya hər hansı siyasi təzyiqdən azad alternativ tədarük mənbəyinə çevrilib”. Bunu Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa IX Qlobal Bakı Forumunda deyib. “Rusiya öz enerji daşıyıcılarından siyasi təzyiq aləti kimi istifadə edir”, – deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan həmçinin “yaşıl”, bərpa olunan enerji növlərinin habına çevrilməkdədir:…

Azərbaycan xalqının Qurtuluş Günü

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Xalqın təkidli…

“Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”

“Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olmuş minifutbol üzrə milli komandamızı qəbul edərkən bildirib. Ölkə…

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Bakıdakı səfirliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, – deyə, təbrikdə deyilir.

Ukrayna Qərb tərəfdaşlarından tələb olunan silahların yalnız 10%-ni alıb

Qərb tərəfdaşları hazırda Rusiya ordusu ilə paritet yaratmaq üçün tələb olunan silahların təxminən 10%-ni Ukraynaya veriblər. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. “Ukrayna nə qədər səy göstərsə də, ordumuz nə qədər peşəkar olsa da, Qərb tərəfdaşlarının köməyi olmadan biz bu müharibədə qalib gələ bilməyəcəyik… Biz lazım olan silahlardan təxminən 10%-i almışıq”,…

“2023-cü ilin birinci rübündən etibarən Qara dəniz qazı evlərdə istifadə ediləcək”

2023-cü ilin birinci rübündən etibarən Qara dənizdən hasil olunan təbii qaz Türkiyədə məişət istehlakçıları tərəfindən evlərdə istifadə edilə biləcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qaz kəmərinin çəkilişi üçün suya ilk borunun endirilmə və qaynaq mərasimində çıxış edərkən bildirib. “Bu gün bismillah deyərək ilk boruları suya salırıq, sonra ilk qaynağımızı edəcəyik. İnşallah gələn…