Ermənistan ordusu Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb. Müdafiə Nazirliyindən  verilən xəbərə görə, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub. Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“Putin nəzakətli idi, mesajımı aldı…”

Putin nəzakətli idi, amma çox açıq şəkildə söylədim. Əgər o, həqiqətən də Ukraynanı işğal etsə, bunun ciddi nəticələri olacaq. Heç vaxt görmədiyiniz iqtisadi nəticələr… Mesajı aldığına əminəm. Bu sözləri ABŞ Prezidenti Co Bayden Rusiya prezidenti ilə keçirdiyi görüş barədə jurnalistlərə açıqlamasında deyib. ABŞ prezidenti Rusiyanın qarşısını almaq məqsədilə Ukraynaya amerialı hərbçilərin göndərilib-göndərilməyəcəyinə dair sualı belə…

Ermənistan öhdəliklərini yerinə yetirmir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin 7 dekabr 2021-ci il tarixli açıqlaması ilə bağlı şərh verib. XİN-dən verilən məlumatda deyilir: “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil…

İrəvan müharibəyə səbəb yaradır

Prezident İlham Əliyevin ötən gün Ermənistana xəbərdarlıq etməsi danışıqların ictimaiyyətə açıqlanmayan tərəfini təsəvvür etməyə imkan verir. Bu, bir daha təsdiqləyir ki, Ermənistan kommunikasiyaların açılmasından və 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Bu sözləri  politoloq, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı Prezident İlham Əliyevin ötən gün Zəngəzur dəhlizinin açılması…

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib

7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir. Qeyd edilir ki, məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının…

Liderlər Rusiyaya qarşı anlaşdılar

ABŞ Prezidenti Co Bayden Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, İtaliya Baş naziri Mario Draqi və Böyük Britaniya Baş naziri Boris Consonla telefon danışığı aparıb. Liderlər görüşdə Rusiyanın Ukrayna sərhəddinə qoşun toplamasından və getdikcə sərtləşən ritorikasından narahat olduqlarını bildiriblər. Rusiyanı gərginliyi azaltmağa dəvət edən liderlər Donbasdakı problemi həll etməyin yeganə yolunun Minsk razılaşmaları…

İlham Əliyev Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı, birinci xanım və qızları Kompleksin ərazisini gəzdilər. Məlumat verildi ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim…

“Tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq”

Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Bunu Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı bildirib: “Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma…

“Ermənistan da gördü, dünya da…”

Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Bunu Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı bildirib: “Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim…

Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

6 dekabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub. XİN-dən  verilən məlumata görə, tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.…