“Paşinyan Qarabağ iddiasından imtina edib”

Ermənistanın indiki hakimiyyəti Qarabağa olan iddiasından imtina edib. Bunu erməni hərbi ekspert Gevorq Gevorqyan deyib. Ekspertin fikrincə, Qarabağ məsələsi Nikol Paşinyan hökumətini artıq maraqlandırmır. Gevorqyan qeyd edib ki, hakimiyyət Qarabağa iddiasından imtina etdiyi üçün “müstəqillik günü” üçün Xankəndinə öz nümayəndələrini göndərməyib. “Qarabağla bağlı məsələlər Ermənistanın indiki hakimiyyətini narahat etmir. Çünki ondan imtina edib”, – Gevorqyan…

“Bunu qəbul etməyimiz üçün…”

“Bütün dünyanın Talibanı qəbul etməsi üçün əhatəli hökumət qurulmalıdır”. Bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bu məsələdə tələsməməliyik. Dünya da tələsməməlidir. Burada balansa ehtiyac var. Türkiyə olaraq belə davranırıq. Hökumətin əhatəli olması lazımdır. Hökumətdə yalnız Taliban varsa, digər etnik qruplardan olan insanlar də olmalıdır. Qadınlara hökumətdə yer verilməlidir. Ölkənin vətəndaş müharibəsinə sürüklənməməsi üçün…

Biz artıq Şuşanı da, Qarabağı da unutduq – Sarkisyan

“1992-ci ildə Şuşa şəhəri bizim nəzarətimiz altına keçdikdən sonra ermənilər azərbaycanlıların evlərini dağıdıb yana biləcək hər şeyi sındıraraq, qışda qızınmaq üçün istifadə edirdilər”. Bunu işğal altında olduğu dövrdə 7 il Şuşanın “meri” işləmiş Artsvik Sarkisyan bildirib. Onun sözlərinə görə, 7 il ərzində o, Şuşa şəhərinə tətbiq olunan heç bir investisiya görməyib: “Şəhərdə insanlar öz hesabına yollara asfalt…

Bayden administrasiyası əvvəlki kimi “Şimal axını-2”yə qarşıdır

ABŞ Prezidenti Co Baydenin administrasiyası “Şimal axını-2” layihəsinin reallaşmasını dayandırmağın mümkün olmadığını dərk edir. Platform4.news-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. r əvvəlki kimi bu layihəyə qarşıdırlar. Lakin anlayırlar ki, onu dayandırmaq mümkün deyil. Həyata keçirilməyən bir işlə məşğul olduğunuzu başa düşürsünüzsə, sağlam düşüncəniz sizə onu bir…

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş – 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Platform4.news-ə verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq…

Hikmət Hacıyevdən Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlama

“Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”. Platform4.news-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibısində bildirib. O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: “Amma cənab Prezidentin dediyi kimi Azərbaycan dövlətinin istəyi…

ABŞ Rusiya sərhədində bioloji silahlar hazırlayır

ABŞ bioloji laboratoriyalarının Rusiya sərhədləri boyunca nəzarətsiz genişləndirilməsi Rusiyada və dünya ictimaiyyətində narahatlıq yaradır. Platform4.news  xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsi sədrinin müavini Aleksandr Fyodorov deyib. Qeyd edək ki, bundan öncə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya və Çin sərhədlərində yeni bioloji laboratoriyaların artdığını bildirmişdi. O, bu bioloji laboratoriyalarda bioloji silahların hazırlandığını söyləmişdi.

Türkiyə ordusu Azərbaycan hərbçilərinə “Ön Hava Nəzarəti” təlimi keçdi

Türkiyənin Milli Müdafiə Nazirliyi özünün Twitter səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin personalına “Ön Hava Nəzarəti” təlimi keçdiyini bəyan edib. Nazirliyin qısa açıqlamasında bildirilir: “İkitərəfli hərbi əməkdaşlıq çərçivəsində Hava Qüvvələri Komandanlığımız tərəfindən Azərbaycan Silahlı Qüvvələri personalına yaxın hava dəstəyi fəaliyyətləri çərçivəsində “Ön Hava Nəzarəti” təlimi keçilib”. Qeyd edək ki, xüsusən də 44 günlük müharibənin ardınca Azərbaycanla Türkiyə…

Azərbaycanlılar qayıtmağımı istəyir – Saakaşvili

Gürcüstanda yaşayan azərbaycanlılar mənim ölkəyə qayıtmağımı istəyir. Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib. “Gürcüstanın Azərbaycan əsilli vətəndaşlarının 95 faizi televiziyanın keçirdiyi sorğuda bildiriblər ki, qəti şəkildə mənim ölkəyə qayıtmağımı tələb edirlər. Onlar yalnız mənim hakimiyyətim dövründə sakit, sülh içində yaşadılar və sabah üçün qorxuları yox idi”, – Saakaşvili bildirib.