G7 ölkələri Ukraynaya lazımi qədər kömək edəcək

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya qeyri-müəyyən müddət ərzində dəstək verəcəklər. Bu barədə bazar günü G7 ölkələri toplantısının bəyanat layihəsinə istinadən “Bloomberg” məlumat yayıb. Məlumata görə, sənəddə G7 ölkələrinin Ukraynanı lazım olanadək dəstəkləyəcəklərinə dair öhdəlik götürdükləri qeyd olunacaq.

Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib

Kəlbəcərdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə şəhərin baş planı təqdim edilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik…

“Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiyanın fəal səylərinə ümid bəsləyirik”

“Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. “Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş…

“Almaniya Ukrayna üçün “Marşal planı” hazırlayır”

Almaniya Ukrayna üçün “Marşal planı” layihəsini hazırlayır, plan G7 üzvləri ilə müzakirə olunacaq. Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib. O.Şolts bildirib ki, Ukraynanın yenidən qurulması üçün uzun illər lazım olacaq və bunun üçün milyardlarla dollar vəsaitə ehtiyac var. “Plan yalnız Avropa ölkələri birlikdə işləsə, nəticə verə bilər”, – deyə Almaniya kansleri vurğulayıb. Qeyd edək  ki,…

Çex Respublikası ölkəni Rusiya və Belarus vətəndaşları üçün bağladı

Çex Respublikası Rusiya Federasiyası və Belarus vətəndaşlarına vizanın verilməsini 2023-cü ilin mart ayına qədər dayandırıb. Bu qərarı ölkənin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə respublika hökuməti qəbul edib. Həmin vaxta qədər rusiyalılara və belaruslara ölkədə uzun müddət qalmaq üçün icazə verilməyəcək. Nazirlikdən bildirilib ki, beləliklə, Çex Respublikası Ukraynada xüsusi əməliyyatı dayandırmaq, eləcə də milli təhlükəsizliyi təmin…

Bolqarıstanın baş naziri Rusiya səfirini hökuməti devirməkdə ittiham edib

Bolqarıstanın baş naziri Kiril Petkova və hökumətinə qarşı etimadsızlıq votumu verildikdən sonra o, insidentdə Bolqarıstanın üç siyasətçisini və Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanı günahlandırıb. Petkovun fikrincə, hökuməti devirməkdə məhz sadalanan şəxslər günahkardırlar. Mitrofanovadan başqa, Petkov biznesmen və keçmiş deputat Delyan Peyevski, GERB partiyasının rəhbəri Boyko Borisov və “Belə bir xalq var” partiyasının rəhbəri Slavi Trifonovun da…

“Rusiya ilə NATO arasındakı gərginlikdə yeni bir cəbhə açıldı” – VİDEO

“Rusiya ilə NATO arasındakı gərginlikdə yeni bir cəbhə açıldı – Kalininqrad”. Bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilir. Bildirilir ki, Moskva Kalininqrada giriş embarqosu tətbiq edən Litvaya qarşı hücum hazırlıqlarına başlayır. ABŞ isə hücum olacağı təqdirdə Litvanı müdafiə edəcəyini açıqlayıb. Ətraflı videoda:

Bakı və Daşkəndin yeni yol xəritəsi – VİDEO

Prezident İlham Əliyevin Özbəkistana səfər etməsi mühüm əhəmiyyətə malikdir. Baku TV səfərlə bağlı sujet hazırlayıb. Bu ötən illər ərzində iki qardaş dövlətin biri-birini müdafiə etməsinə, dəstək göstərməsinə verilən dəyərdir. Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması da iki ölkənin strateji müttəfiqliyinin göstəricisidir. Daha ətraflı sujetdə:

İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif…

Rusiyalı oliqarxların dondurulan aktivlərinin məbləği məlum oldu

Rusiya oliqarxları və qurumları Avropa İttifaqının sanksiyaları nəticəsində 12,5 milyard avro dəyərində dəbdəbəli yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər aktivlərini itiriblər. Bu barədə Avropa Komissiyasının ədliyyə sözçüsü Kristian Viqand “Die Welt” nəşrinə müsahibəsində bildirib. Qeyd edilir ki, Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 6,7 milyard avrodan 12,5 milyard avroya qədər artıb. Viqand dondurulmuş aktivlərin belə…