Sakit Okeanda gərginlik artır

ABŞ və Tayvanın Sakit okeanda gərginliyi artıran hərəkətlərindən sonra Çin yeni addım atıb. Solomon Adaları Çin polisinin adadakı həmkarlarına təlim keçməyə başladığını açıqlayıb. İlk təlimlər 7-11 iyun tarixlərində paytaxt Honiaranın qərb ətrafı Rovedə Solomon Adaları Kral Polis Qüvvələrinin (RSIPF) qərargahında keçirilib. “Təhlükəsizlik məsələləri inkişaf edir və hələ də bu ölkəyə təhdiddir və buna görə də RSIPF…

Beynəlxalq qurum Rusiya ordusunun Xarkovda hərbi cinayətlər törətdiyini təsdiqlədi

“Rusiya ordusu yaşayış məntəqələrini atəşə tutarkən dəfələrlə kasetli sursatlardan və idarəolunmayan raketlərdən istifadə edib. Bunların mülki əhaliyə qarşı istifadəsi hərbi cinayət sayılır”. Bu barədə “Amnesty International”ın hesabatında deyilir. Təşkilatın əməkdaşları aprel-may aylarında 14 gün ərzində Rusiyanın Xarkova 41 hücumunun təfərrüatını öyrənib. Bu hücumlar zamanı 62 nəfər həlak olub, 196 nəfər yaralanıb. Ümumilikdə müharibə dövründə 600-dən çox…

“2023-cü ilin birinci rübündən etibarən Qara dəniz qazı evlərdə istifadə ediləcək”

2023-cü ilin birinci rübündən etibarən Qara dənizdən hasil olunan təbii qaz Türkiyədə məişət istehlakçıları tərəfindən evlərdə istifadə edilə biləcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qaz kəmərinin çəkilişi üçün suya ilk borunun endirilmə və qaynaq mərasimində çıxış edərkən bildirib. “Bu gün bismillah deyərək ilk boruları suya salırıq, sonra ilk qaynağımızı edəcəyik. İnşallah gələn…

NATO və İsveçdən Türkiyə açıqlaması

NATO-nun baş katibi Yens Stoltenberq İsveçə səfəri çərçivəsində Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini, eləcə də Türkiyənin təqdim etdiyi təhlükəsizlik şərtlərini dəyərləndirib. O, atılacaq addımlarla bağlı Türkiyədən olan həmkarları ilə sıx təmasda olduğunu bildirib. İsveçin Türkiyənin narahatlığını aradan qaldırmağa hazır olması barədə bəyanatını müsbət qarşıladığını ifadə edən Stoltenberq eyni dəyərləri bölüşdüklərini xatırladıb. İsveçin baş naziri…

İlham Əliyev dövlət agentliyinə 3,9 milyon manat ayırdı

Prezident İlham Əliyev Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət…

Xarici diplomatlar Şuşaya səfər ediblər

Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı – 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib. ADA-dan verilən məlumata görə, səfər zamanı…