Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Ukraynanın 5-ci prezidenti Petro Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) üzvü olub. Bu barədə  Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib. Petro Poroşenko 2014-2019-cu illərdə Ukraynanın beşinci prezidenti, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə isə ticarət və iqtisadi inkişaf naziri vəzifələrində çalışıb. Hazırda Ukraynanın xalq deputatıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək…

Zelenski Baydenlə danışdı

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefonla danışığı baş tutub. Bu barədə Ukrayna dövlət başçısı rəsmi “Twitter” səhifəsində yazıb. “ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik”, – Zelenski…

“Əvvəllər sülh deyirdik, indi qələbə deyirik”

Ukrayna Sovet İttifaqından ayrılaraq müstəqil olmasının 31-ci ildönümü qeyd edir. 24 avqust Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət videosu yayımlayıb. “Rusiyanın ölkəmizi işğal etdiyi 24 fevral günü Ukrayna yenidən doğuldu. Əvvəllər sülh deyirdik, indi qələbə deyirik. Donbası və Krımı nə yolla olursa-olsun, geri alacağıq”, – deyə Ukrayna prezidenti qeyd edib. Ukrayna hakimiyyəti…

İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub ünvanlayıb. Prezident.Az-ın məlumatına görə məktubda qeyd olunub: “Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri…

Qələbə resepti – Səfir Vladislav Kanevski

“Avqustun 24-də Ukrayna müharibə vəziyyəti şəraitində öz 31-ci Ad gününü qeyd edəcək. Bu gün həmvətənlərim üçün necə olacaq? Onların bir çoxu silahdaşları ilə birlikdə əllərində silahla dövlətin suverenliyini və ərazi bütövlüyünü rusiya işğalından müdafiə edəcəklər. Onlardan bəziləri fədakarlıqla şəhər və qəsəbələrin həyat fəaliyyətini təmin edəcək, rusiyanın iyrənc və ədəbsiz şəkildə atəşi nəticəsində dağılmış infrastrukturu bərpa…

Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunları ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva  V İslam Həmrəyliyi Oyunlarındakı uğurumuzla bağlı paylaşım edib. Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında yer alan paylaşımda deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı…

Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. “Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, – o qeyd edib.

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra vurğulayıb ki, Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün olacaq. O, bu barədə avqustun 18-də Lvovda keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib. Eyni zamanda, Türkiyə Prezidentinin dediyi kimi,…