Ukraynadakı Zərifə Əliyeva adına məktəbin direktoru Prezident İlham Əliyevə təşəkkür edib

Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin direktoru, Ukraynanın Əməkdar müəllimi, “Dostluq” ordeni laureatı Valentina Antonenko Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktəbu göndərib. Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. İcazə verin, sizə səmimi salamlarımı və dərin ehtiramımı ifadə edim. Xeyirxahlığınıza görə sizə ürəkdən təşəkkür edirəm.…

“Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir”

“Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Türkiyə lideri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir. “Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh…

İlham Əliyev “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ”ın Fransanın “Nant” komandası üzərindəki qələbəsi ilə bağlı paylaşım edib. Platform4.news xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən İlham Əliyev “Qarabağ (Azərbaycan) – Nant (Fransa) – 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!” şərhini əlavə edib. Həmin paylaşımı təqdim edirik:  

“Gərginlik Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”

“Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”. Bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib. “Biz artan gərginlikdən narahatıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, – o vurğulayıb. M.Yença…

“Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”

“Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib. Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat…

“Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır”

“Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir”. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, – Si Cinpin bildirib.

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə təbrik mesajı paylaşıb. “Dostumuz, qardaşımız və ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq”, – deyə dövlət başçısı yazıb.  

“KTMT missiyasının Ermənistana göndərilməsi təklifini Vladimir Putin irəli sürüb”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb”. Bunu brifinqdə jurnalistlər qarşısında çıxış edən KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib. KTMT-nin Qərargah rəisi əlavə edib ki, V.Putinin bu təklifi təşkilata üzv olan bütün dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə dəstəklənib.

Azərbaycan Prezidenti: “Allah şəhidlərimizə rəhmət eləsin”

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə…