Türkiyə Fransa və ABŞ-dakı erməni lobbisinə xəbərdarlıq etdi

“Ermənistanla normallaşma Türkiyədə yaşayan ermənilərin də Ermənistanla daha rahat əlaqə qurmalarını təmin edəcək. Ancaq xüsusilə dünyanın iki ölkəsində, yəni Fransa və ABŞ-dakı erməni diasporu bu mərhələdə məsuliyyətli davranmalıdır”. Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. “Bundan sonra 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu iddia edib, bunu şərt kimi gündəmə gətirməyin heç kimə faydası yoxdur. Artıq Cənubi Qafqazda…

İlham Əliyev MİDA-nın inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış olub

Dekabrın 29-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksindəki mənzillərlə tanış olub. Başa çatmaqda olan 2021-ci ilin son iş günlərindəyik. Amma bu o demək deyil ki, dövlət tədbirlərinin keçirilməsində hər hansı…

Ukrayna hərbi yolla işğal edilə bilər

“Avropanın və Amerikanın kəşfiyyat xidmətləri Ukrayna ilə bağlı bütün mümkün ssenarilər üzərində işləyir”. Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Welt”ə müsahibəsində deyib. “Hərbi işğalı tamamilə istisna etmək olmaz – lakin başqa daha az ekstrimal ssenarilər də var ki, mən onlardan da narahatam. Hibrid taktikalarla Kiyevdə hökumətin sabitliyinin…

F-35-lərlə bağlı məxfi razılaşma

ABŞ F-35 üçün yeni razılaşma imzalayıb. Bu barədə Pentaqonun açıqlamasında bildirilib. Pentaqondan verilən açıqlamada “Texas ştatının Fort-Uort şəhərinin Lockheed Martin şirkəti F-35 birgə hücum təyyarəsinin variantını dizayn və inkişaf etdirmək üçün adı açıqlanmayan bir ölkə ilə 50 milyon dollarlıq müqavilə imzaladığı bildirilib. Pentaqonun dekabrın 27-də verdiyi bəyanatda qeyd olunub ki, sözügedən ölkə Xarici Hərbi Satış…

Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmaq istəyirik

“Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik”. Bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün  deyib. “Bizim Prezidentimiz son 20 ildə bu işdə inanılmaz iradə göstərdi. Müdafiə sənayesində yerli məhsulların xarici məhsullara nisbəti 20…

Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı işlərə başlanılır

Ermənistan Zəngəzur dəhlizinin ölkə ərazisindəki sahəsinin tikintisinin hazırlığına başlayır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri sahəsinin tikintisi üzrə hazırlıq işlərinə başlayır. N.Paşinyan əlavə edib ki, regional kommunikasiyaların açılması böyük imkanlar təqdim edir.

Prezidentin köməkçisi quru sərhədlərin açılması məsələsinə münasibət bildirib

“Quru sərhədləri hələ də bağlıdır. Amma insanlar xüsusi icazələrlə quru sərhədindən keçə bilir”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. Prezidentin köməkçisi bildirib ki, hələlik quru sərhədlərinin açılması hələlik müzakirə edilmir. “Omicron ştamının yayılması şəraitində…

NATO-Rusiya qarşıdurması reallığa çevrilir

Rusiya və Qərb dövlətlərinin hərbi alyansı arasında qarşıdurma artmaqdadır. Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin deyib ki, NATO-nun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib. “Şimali Atlantika Alyansı Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır”, Fomin deyib. Bununla yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq gələn ayın 12-də NATO-Rusiya Şurasının iclasının keçirilməsinə çalışır və iştirakı…

İranla Rusiya arasında tarixi anlaşma

Rusiya və İran arasında 10 milyard dollarlıq yeni silah satışına dair razılaşma gözlənilir. Bu iddia ilə hərbi analitik Babak Taghvee çıxış edib. Analitikin sözlərinə görə, 20 illik və 10 milyard dollarlıq təhlükəsizlik və müdafiə əməkdaşlığı anlaşması çərçivəsində İran ən azı 24 Syhoy və Su-35 qırıcıları alacaq. İddiaya görə, bu qırıcılar Misirin sifarişi olduğu üçün hazırda…

ABŞ Ukrayna sərhədlərinin möhkəmləndirilməsinə 20 milyon dollar ayırıb

ABŞ Ukraynanın Rusiya və Belarus ilə sərhədlərinin möhkəmləndirilməsinə 20 milyon dollar ayırıb. Bu barədə “RİA Novosti” xəbər verir. Ukraynanın Dövlət Sərhəd Xidməti layihənin il ərzində həyata keçiriləcəyini açıqlayıb. Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden dekabrın 27-də 2022-ci il üçün müdafiə büdcəsini imzalayıb. Sənədə görə, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə 300 milyon ABŞ dollarının ayrılması…