“Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir”

Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının yekun açıqlamasında deyilir. İclasda qeyd edilib: “Biz qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq”.…

İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olundu. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulandı. Bildirildi ki,…

Ərdoğanla görüşmək üçün Ankaraya gəlir

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan  Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək. Səfər Ərdoğan və əl-Nəhyanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşü olacaq. Avqustun 31-də telefonla danışan Prezident Ərdoğan və şahzadə ikitərəfli münasibətlərdəki problemləri müzakirə etmək üçün üzbəüz görüşəcək. Görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional məsələlərin də…

Putin Fələstin liderinə vəd verdi

Rusiya Prezidenti Vladimir Putin və Fələstin dövlət başçısı Mahmud Abbas Soçi şəhərində görüşüb. Putin Abbasla görüşündə verdiyi açıqlamada Fələstin xalqının durumundan xəbərdar olduğunu bildirib. Xarici ölkələrin təzyiqləri və bölgədəki gərgin vəziyyətin, eləcə də koronavirus pandemiyasının da bu şərtlərə təsir etdiyini bildirən Putin Rusiyanın COVID-19-la mübarizədə Fələstinə kömək etdiyini söyləyib. O, Rusiyanın Fələstin probleminin həlli ilə…

İrandan “Altılıq” təklifinə reaksiya

İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd “Anadolu” üçün yazdığı məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın gündəmə gətirdiyi Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İrandan ibarət “3+3” ideyasının Tehranda müsbət qarşılandığını bildirib. Səfir bu çərçivədə region ölkələri ilə müzakirələrin aparıldığını deyib. O, təşəbbüsün İran xarici siyasətinin əsas prinsiplərinə uyğun olduğunu qeyd edib. İbrahim Rəisi hökumətinin “3+3” təşəbbüsünü dəstəklədiyini deyən…

Yaşayış minimumu 200 manat olacaq

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib. Layihə müzakirəsiz qəbul edilib.

Bəzi rüsum və cərimələr arta-arta gedir

“Bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də rüsum və cərimələrlə bağlıdır. Bəzi rüsum və cərimələr arta-arta gedir”. Bunu Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. Deputat xatırladıb ki, bundan əvvəl parlament Ehtiyac meyarı, Yaşayış minimumu haqqında qanunları qəbul edib: “Həmin qanunlara baxaq görək insanlar bu cərimələri verə…

“Onları türk dronları ilə vuracağıq”

Türkiyə Nigerə “Bayraktar TB2” pilotsuz uçan aparatlar (PUA), təlim təyyarəsi “Hürkuş” və digər zirehli texnikaların satışına dair razılığa gəlib. Nigerin qonşusu Malidən gəlib ölkə ərazisində terror aktları törədən “Əl-Qaidə” və İŞİD yaraqlılarına qarşı PUA, təlim təyyarələri və zirehli maşınlardan istifadə edəcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nigerli həmkarı Məhəmməd Bazumla telefon danışığı zamanı bu…

Putin dünyanı hədələmişdi…

Son illər qonşuları ilə gərgin münasibətlərlə gündəmə gələn və hərbi sahədə xüsusi fəallıq göstərən Rusiya son günlər ordusuna hipersəs raketlərinin cəlb olunacağı ilə diqqət mərkəzindədir. Başda ABŞ olmaqla bir çox ölkəni hədələyən Rusiya ilə bağlı növbəti tənqidi açıqlama Amerikadan gəlib. ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar İdarəsi komandanının müavini general Devid Tompson bildirib ki, Rusiya və…

“Donanmamız müdafiəsizdir, Rusiya hücuma keçsə…”

Amerikalı hərbi eksperti Cerri Hendriks “Wall Street Journal” üçün yazdığı məqalədə ABŞ təyyarədaşıyıcılarının təhlükəsizlik baxımından zəif olduğunu və bunun onları Rusiya və Çin raketlərinə qarşı müdafiəsiz qoyduğunu bildirib. ABŞ-ın döyüş gəmilərinin sahildəki hədəflərə hücum imkanı olmadığına diqqət çəkən Hendriksin fikrincə, Amerika Çin və Rusiya ilə rəqabət aparmaq üçün hücum məsafəsini artırmalıdır. O qeyd edib ki,…