İlham Əliyev xalqı təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində…

İlham Əliyev Latviyanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib. Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı. Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinə toxunuldu, Prezident İlham Əliyevin ötən…

“Pandemiya ilə bağlı çox az məhdudiyyət qalıb, ictimaiyyət anlayışla qarşılayır”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Görüşdə dövlət başçısı Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb.   İlham Əliyev bildirib ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan…

“Sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən edilib”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçısı Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident…

Ərdoğanla Zelenski son hadisələri müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan danışıqlar prosesi zamanı lazımi dəstəyi verməyə hazır olduqlarını və təhlükəsizlik zəmanəti məsələsinə müsbət baxdıqlarını bildirib. Görüş zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib. Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə…

Çavuşoğludan Baydenin “soyqırımı” açıqlamasına – Reaksiya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı açıqlamalarını tənqid edib. O, bu barədə tvitter hesabında yazıb. “Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri…

Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət ediblər. Öncə qurultay iştirakçıları və DİDK əməkdaşları Fəxri xiyabanda görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Ulu öndərin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb. Sonra…

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya hakimiyyəti Rusiyadan daha 26 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib. Böyük Britaniya Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerova, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova, RF Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanski, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan, Rusiya Federasiyası Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Valeri…

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri və Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.