TBMM sədri: “44 günlük müharibə Cənubi Qafqazın tarixində yeni səhifə açıb”

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını, eləcə də hər iki ölkənin parlamentariləri arasında təmasların başlanmasını alqışlayır. “Anadolu” agentliyi xəbər verir ki,  Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib. Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni…

Bayden İrana qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Cozef Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib. Bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir. Bəyanatda deyilir ki, amerikalı lider İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib. Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı…

Üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün sürən…

TARİXİ ZƏFƏRİN SİMVOLLARI: MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN, YENİLMƏZ ORDU, DƏMİR YUMRUĞA ÇEVRİLMİŞ XALQ

8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində…

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Prezident, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin çıxışın təqdim edirik: – Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə,…

Azərbaycanda Zəfər Günü qeyd olunur

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Daşaltı məscidinin təməlini qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar. Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürdü. Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin,…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyublar. Dövlətimizin başçısı İlham Əliyev və…

Ermənilər Putini Hitlerlə, Ermənistanı Yunanıstanla müqayisə etməyə başlayıblar…

Elman Nəsirov: “Erməni cəmiyyətinin bir hissəsi anti-Rusiya ovqatına köklənib” Bu günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müxalif yönümlü “Şərəf duyuram” blokunun deputatları ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Bu arada erməni mediası Rusiya səfirinin belə bir görüş keçirməsini, görüşdə daxili məsələlərin səfirlə müzakirə olunmasını ölkənin daxili işinə müdaxilə kimi dəyərləndirir. Qeyd edilir ki,…