Prezident İlham Əliyev qırğızıstanlı həmkarına təşəkkür etdi

“Bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib. “Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha…

Almaniya Ukraynaya vəd etdiyi HHM sistemini təhvil verdi

Almaniya Ukraynaya vəd edilmiş dörd “Iris-T SLM” hava hücumundan müdafiə sistemlərindən birincisini təhvil verib. Təhvilvermə prosesi Polşa-Ukrayna sərhədi yaxınlığında baş tutub. “Diehl Defense” şirkəti tərəfindən hazırlanan silah Almaniyada ən müasir hava hücumundan müdafiə sistemidir. Quruda yerləşən zenit sistemi ilk növbədə Rusiya ordusunun hava zərbələrini dəf etməklə mülki əhalinin müdafiəsi məqsədi daşıyır. Böyük şəhərlərin də hava…

“Rusiyada inqilabi proseslər baş verəcək”

“Beynəlxalq birliyin əsas ölkələri başa düşməyə başladılar ki, Rusiya artıq bu formada mövcud olmamalıdır. Rusiya Federasiyası Ukraynaya qarşı başlatdığı müharibədə uduzmalıdır”. Bu fikirlə Volodimir Zelenskinin Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib. O, bu barədə Volodimir Zelenskinin videokonfransda çıxışından sonra G7 liderlərinin birgə kommünikesini şərh edərkən deyib. “Cavabını tapmayan yeganə sual beynəlxalq birliyin Ukraynanı mümkün…

Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobili atəşə tutulub

Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş…

Ukrayna Təhlükəsizlik Xidməti Medvedev, Şoyqu, Zaxarova və digərlərini axtarışa verdi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı axtarışa verib. Bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında əks olunub. Axtarışa verilənlər siyahısına həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin, Rusiya Federasiyası Milli Qvardiyasının rəhbəri, Milli…

“Rusiya beynəlxalq tribunalda mühakimə olunmalıdır”

“Rusiya tərəfindən ukraynalı uşaqların oğurlanması hərbi cinayətdir və xüsusi beynəlxalq tribunalda mühakimə edilməlidir”. Bu barədə uşaq hüquqları üzrə polşalı spiker Nikolay Pavlyak “Polşa radiosu 24” radiosunun efirində bildirib. Spikerin sözlərinə görə, beynəlxalq tribunal Rusiyanı ukraynalı uşaqların oğurlanmasına görə mühakimə etməlidir. Qaçırılan ukraynalı uşaqların çoxu Rusiya ailələri tərəfindən götürülür. O, bu yolla Rusiyanın beynəlxalq konvensiyaları pozduğunu…

Zelenski Ukraynaya kütləvi raket hücumunun səbəbini açıqladı

Rusiya hərbçiləri döyüş meydanında Ukrayna müdafiəçilərilə bacara bilmədikləri üçün raket terroruna əl atırlar. Bunu öz videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Ukraynanı qorxutmaq mümkün deyil. Yalnız daha çox birləşdirmək mümkündür. Ukraynanı dayandırmaq mümkün deyil. Yalnız daha çox inandırmaq mümkündür ki, terrorçuları zərərsizləşdirmək lazımdır. İndi də işğalçılar döyüş meydanında bizə qarşı çıxa bilmirlər və buna görə…

Polşa XİN vətəndaşlarına Belarusu tərk etməyi tövsiyə edib

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib. Müvafiq məlumat bazar ertəsi departamentin rəsmi saytında yayılıb. “Gərginliyin artması, regiondakı hərbi hadisələr və Polşa vətəndaşlarının təkrar həbs halları ilə əlaqədar XİN Polşa vətəndaşlarına Belarus Respublikasına getməməyi tövsiyə edir”, – məlumatda deyilir. Nazirlikdən qeyd olunub ki, təhlükəsizlik vəziyyətinin kəskin…

“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər”

“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək…