Ölkə başçısından Ermənistan və Fransanın oxşar işğal siyasəti haqqında AÇIQLAMA

“Bu gün Mücahidlər Müzeyini ziyarət edərkən belə bir məlumat verildi ki, Fransa işğalı zamanı fransızlar torpağa 5 milyondan çox mina basdırıblar”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib. “Bu, mənə eyni bizim üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz mənzərəni xatırladır. Ermənilər bir milyondan çox minanı işğal…

“Torpaqlarımızın işğalı illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”

Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib. “Biz həmin müddətdə İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin də dəstəyini gördük”, – deyə…

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ölkəmizi işğaldan azad etdik. Biz torpaqlarımıza qayıtdıq”, – dövlət başçısı bildirib.

“Fransanın Əlcəzair xalqına qarşı etdiyi qətliam dünyanın unutmamalı olduğu hadisədir”

“Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər…

Prezidentdən gözəl xəttatlıq nümunəsi

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub. Səfər zamanı prezident Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Milli Mücahidlər Muzeyində xatirə dəftərinə ürək sözlərini yazan prezident yazı xəttinin səliqəsi ilə seçilib. Qeyd edək ki, yazı prosesi masada yox, daş üzərində aparılıb və dəftər kifayət qədər narahat…

Birgə bəyanatın mətni yayıldı – FOTO

Azərbaycan, Rusiya və Ermənistan liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı birgə bəyanat qəbul olunub. Birgə bəyanatın tam mətninin əks olunduğu fotolar yayılıb. Bəyanatda 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrasının müzakirə edildiyi qeyd olunub. Bəyanatda Qarabağla bağlı bir sözün belə işlədilməməsi, bunun da Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığının…

“Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub”

“Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ciddi addım tələb edən formatdır.

“Rusiyanın G20-də olması nonsensdir”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın G20-dən xaric edilməsini istəyib. Zelenski bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib. Volodimir Zelenski vurğulayıb ki, xüsusilə indiki məqamda Rusiyaya qarşı sərt beynəlxalq reaksiya göstərilməlidir. “Həm BMT səviyyəsində, həm də digər səviyyələrdə, xüsusən də G20 səviyyəsində. Rusiya necə G20 ölkələrinin arasında ola bilər? Bu nonsensdir. Rusiya G20-də təmsil olunmamalıdır”, –…

Kreml Paşinyanın Rusiya sülhməramlılarının mandatını uzatmaq məsələsinə cavab verdi

“Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılmasının mümkünlüyü məsələsi Soçidəki görüşdən sonra baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində müzakirə oluna bilər”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Qeyd edək ki, oktyabrın 29-da Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı sülhməramlılarının Qarabağda qalma müddətini uzatmağa hazır olduğunu bəyan edib. O vurğulayıb ki, mandatın uzadılması ilə bağlı sənəd…