Türkiyədəki yanğını qonşusu fürsət bildi

Türkiyə Müdafiə naziri Hulusi Akar Yunanıstanın açıqlamalarına reaksiya verib. Akar Yunanıstanı yaranmış fürsətdən istifadə etməyə çalışmaqda ittiham edib. “Yanğın fəlakətinə qarşı mübarizəmizi davam etdirərkən, təhdid və sanksiya dilindən istifadə etməyə davam edən bir qonşumuz var. Bu, nə qonşuluğa, nə ikitərəfli münasibətlərə, nə müttəfiqliyə, nə də NATO daxilindəki birlik və həmrəyliyimizə uyğun gəlir”, – nazir bildirib.

4 ölkə hərəkətə keçdi: “İrana birgə cavab verəcəyik”

ABŞ Dövlət katibi Entoni Blinken İranın Oman sahillərində dronla İsrailin neft tankerinə hücum etdiyinə əmin olduqlarını bildirərək, İngiltərə, İsrail və Rumıniya ilə qurulan təmaslara diqqət çəkib. Dövlət katibi İranın hücumuna birgə cavab veriləcəyini deyib. “Ötən həftənin cümə günü ticarət gəmisinə edilən hücumu bir daha qınamaq istərdim. Ətraflı araşdırma apardıq və İranın bu hücumu həyata keçirdiyinə…

“Krımın qaytarılması zaman məsələsidir”

“Krım heç vaxt Rusiya ərazisi olmayacaq, onun geri qaytarılması zaman məsələsidir”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun fikrincə, Rusiya Krımı Ukrayna qədər sevə bilməyəcək. “Bu mənimdir. Bu Krımı tanıyıram . Bu mənəm, orada yaşadım. Bura mənim torpağımdır, bura onların torpağı deyil”, – Ukrayna lideri bildirib. Zelenski vurğulayıb ki, Krım və Donbas Rusiya vətəndaşları üçün…

Əsəd Qeysər: Pakistan Qarabağda turizmin inkişafına dəstək verməyə hazırdır

Burada aparılan quruculuq işləri ilə tanış olduq. Pakistan olaraq biz buradakı quruculuq işlərinə öz töhfəmizi verməyə şad olarıq. Hətta burada turizmin inkişafına da dəstək olmağa hazırıq. Bu fikirlər Şuşada səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər məxsusdur. O, həmçinin bildirib: “Biz bölgənin iqtisadi inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox şadam ki, Azərbaycan…

ABŞ geri çəkildi, Türkiyə hərəkətə keçdi

NATO Türkiyədə Əfqanıstan ordusu üçün ilk təlim proqramını başladıb. Bu, əfqan hərbçiləri üçün NATO-nun təklifi ilə vətənlərindən kənarda həyata keçiriləcək ilk proqramdır. Əfqan hərbçilər artıq təlim kursları üçün Türkiyəyə gəliblər. Əfqanıstandakı vəziyyət ABŞ və NATO ölkələrinin mayın 1-də Əfqanıstan ərazilərindən qoşunlarını rəsmi şəkildə geri çəkməyə başlamasından sonra gərginləşib. ABŞ Prezidenti Co Bayden Amerika ordusunun avqustun…

Səfirlik: Konqresmenin düzəlişi ABŞ-la münasibətlərə xələl gətirmək məqsədi güdürr

ABŞ Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar üzrə qanun layihəsi çərçivəsində qəbul olunmuş ermənipərəst konqresmen Frənk Pəllonun düzəlişi, Azərbaycan-Amerika tərəfdaşlığına xələl gətirmək və ABŞ-ın təhlükəsizlik layihələrinə mane olmaq istəyən ermənipərəst qrupların artıq bir neçə ildir ki, müşahidə etdiyimiz yanaşmasını əks etdirir. Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar qanunvericiliyi çərçivəsində qəbul edilmiş…

Rusiyadan Paşinyanın KTMT təklifinə

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifi siyasi xarakter daşıyır. Bu sözləri Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir: “Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və…

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzulidə

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri iyulun 29-da Füzuli şəhərində olublar. Nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib. Qonaqlar erməni vandalları tərəfindən dağıdılan…

Leyla Abdullayeva: “Ermənistan ətraf mühiti zəhərləyir”

“Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib. Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir. “İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!”, Azərbaycan XİN sözçüsü vurğulayıb.

Kəlbəcər və Laçına 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon…