ABŞ müdafiə nazirindən “Altılıq” təklifinə reaksiya

ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş “3+3” formatı təklifinə münasibət bildirib. Bu barədə o, Tiflisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Rusiyanın Gürcüstanı “Altılıq” formatına qoşulmaq çağrışına Pentaqon rəhbərinin cavabı belə olub: “3+3 formatına gəldikdə, deyə bilərəm ki, Rusiya yeni platformalar haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs sazişinin şərtlərinə riayət etməlidir”. Beləliklə,…

Azərbaycanın müstəqilliyinin bərpasının 30 yaşını ləyaqətlə qeyd edirik

“Tarixi Zəfərimizin ilk ilində Azərbaycanın müstəqilliyinin bərpasının 30 yaşını ləyaqətlə qeyd edirik”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva tviter səhifəsində etdiyi paylaşımda bildirib. “Müstəqilliyimiz əbədi, tərəqqimiz bol, qüdrətimiz hər zaman uca olsun! 30 illiyin mübarək müstəqil Azərbaycan!”- XİN rəsmisi qeyd edib.

Qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsinin 30-cu ili Qarabağın azad olması ilə daha gözəldir

“Qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsinin otuzuncu ili Qarabağın işğaldan azad olması ilə daha gözəldir. Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Müstəqilliyini Bərpası Günü ilə bağlı özünün tviter səhifəsində yazıb.

İlham Əliyev xalqa müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir: “Əziz həmvətənlər! Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə…

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Platform4.news -un xəbərinə görə, paylaşımda deyilir: “Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik…

“Prezidentin siyasətinin mərkəzində Azərbaycan xalqının rifahı dayanır”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər” haqqında sərəncam imzaladı. Bu sərəncamın mətni ilə tanış olduqda əmin olmaq olur ki, dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır”. Bunu SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.   Onun sözlərinə görə, bu istiqamətdə sistemli və ardıcıl addımlar…

“Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq”

“Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik”. Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. “Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə,…

Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib

Biz – ukraynalı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində Azərbaycanda səfərdəyik. Bu gün Gəncə şəhərini ziyarət etdik, ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olduq. Açıq-aydın görünür ki, bu terror aktı Azərbaycanı təxribata çəkmək üçün törədilib. Bu sözləri Gəncədə səfərdə olan ukraynalı deputat Valeri Kolyux deyib. Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü…

“Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı”

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. “Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını…