Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”  

Azərbaycan xalqı 28 May Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan xalqı 28 May Müstəqillik Gününü qeyd edir. Bundan 104 il əvvəl hər bir azərbaycanlı üçün bu gün iftixar mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Mövcud olduğu qısa tarixi dövr ərzində bu Respublika istər xalqımızın, istərsə də dünyanın tarixində silinməz iz buraxdı. Azərbaycan xalqı cəmi 23 ay yaşayan Cümhuriyyəti ilə demokratiya yolunda misilsiz –…

ABŞ Ukrayna limanlarına çıxış müqabilində Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Rusiyanın Ukrayna limanlarına girişin blokdan çıxarılması müqabilində sanksiyaları ləğv etmək təkliflərini rədd edir. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. “Əlbəttə, biz boş vədlərə cavab olaraq sanksiyaları ləğv etməyəcəyik. Rusiya Federasiyasından əvvəllər də boş vədlər eşitmişik. Düşünürəm ki, Rusiyadan eşitdiyimiz müxtəlif vəd və təkliflərə skeptik yanaşmağa əsasımız var”,…

Türkiyə Təhlükəsizlik Şurasından yeni antiterror əməliyyatı açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Üç saat davam edən toplantıdan sonra yayılan bəyanatda növbəti antiterror əməliyyatının anonsu verilib. Sənəddə vurğulanıb ki, Türkiyənin Cənub sərhədlərində indiyədək keçirdiyi və bundan sonra keçirəcəyi antiterror əməliyyatları qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır. Qeyd olunub ki, bütün oxşar əməliyyatlar ölkənin milli təhülkəsizliyi baxımından həyata…

“Belarus ordusu üçün Ukrayna ərazisinə girmək intihardır”

Lukaşenko hakimiyyətdə olduğu müddətdə daim təxribatlara əl atıb. Ukrayna ilə sərhəddə operativ komandanlığın yaradılması ilə bağlı xəbərlər də bu qəbildəndir. Bunu Ukrayna milli telemarafonunun efirində ölkənin Preizdent Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. Podolyakın sözlərinə görə, Lukaşenko bu cür bəyanatlar verir ki, öz “tərəfdaşlarını” sevindirsin. Bəyanatın özü isə təxribatdan başqa bir şey deyil. “Hakimiyyətdə olduğu…

Prezident İlham Əliyev və Mehriban Əliyevaya Zəngilanın Baş planı təqdim olunub – FOTO/VİDEO

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu…

Mehriban Əliyeva Zəngilandan paylaşım edib- VİDEO

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan şəhərinə səfərə yollanıb. Bununla bağlı görüntüləri Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb. O, paylaşıma “İşğaldan azad olunmuş Zəngilan. Arzular gerçəkləşir!” başlığını əlavə edib.  

Britaniya Kraliçası İlham Əliyevi təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram. Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.

“Dezinformasiya yaymağı dayandırın!”

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kremlə xəbərdarlıq edib. O, Rusiya siyasi rəhbərliyini dezinformasiya yaymamağa çağırıb. “Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhdid altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Biz müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, – deyə…

“Hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik”

“Əsgərlərimizin bir damla qanını yerdə qoymadıq və qoymayacağıq. Bu xain hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, basketbol üzrə Avropa Liqasının çempionu “Anadolu Efes” klubunun menecerlərini, texniki komitəsini və idmançılarını qəbul edərkən bildirib. Dövlət başçısı İraqın şimalında keçirilən “Pəncə-Qıfıl” əməliyyatında şəhid olan beş əsgərə Allahdan rəhmət diləyib. Qeyd edək…