Rusiyadan “İsgəndər” istədilər

Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qeyd edib ki, Rusiya lazım gələrsə, Belarusa bir neçə batalyon “İsgəndər” raket kompleksləri verə bilər. Bu barədə Xrenin “Əl-Cəzirə” telekanalına danışıb. O bildirib ki, Rusiyanın bu raket sisteminin yenidən silahlanması prosesini faktiki olaraq tamamladığı görünür: “Biz bu sistemi ölkəmizdə görmək istəyirik. Əslində, ona hazırda sahib olduğumuzu söyləyə bilərik. Mən…

“Seçim etməliyik: ya Rusiya, ya da…”

“Avropa tezliklə seçim etməli olacaq: ya Rusiyadan karbohidrogen tədarükündən asılılığını artıracaq, ya da Ukraynanı dəstəkləyərək, sülh və sabitliyin bərqərar olmasını müdafiə edəcək”. Bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib. Eyni zamanda. Böyük Britaniyanın baş naziri Rusiyanı “böyük ölkə” adlandırıb və onu təcrid etmək cəhdlərinə etiraz edib: “Ukraynanın suverenliyini və bütövlüyünü dəstəklədiyimizi deyəndə, bunu Rusiya…

Mehriban Əliyeva şəhid olan hərbçilərimizin yaxınlarına başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ermənistanın törətdiyi təxribatla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”

Britaniya 600 xüsusi təyinatlısını Ukraynaya göndərir

Britaniya 600 nəfərlik xüsusi təyinatlı qrupu Rusiyanın mümkün işğalı fonunda Ukraynaya yerləşdirməyə hazırdır. Bu barədə “Mirror” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, London xüsusi təyinatlılar, xüsusi kəşfiyyatçılar, tibbi heyət, mühəndis-istehkamçılar, rabitəçilər və Olderşotdakı 16-cı hava-hücum briqadasının 400 desantçısından ibarət bölük hazırlayır. “Bütün avadanlıqlar yığılıb, onlar Ukraynaya uçmağa hazırdırlar”, – nəşr bildirib.

Rusiya böyük təhlükədir, savaşa hazır olmalıyıq

Şərqi Avropadakı son gərginlikdən sonra Britaniya ordusu Rusiya ilə müharibəyə hazır olmalıdır. Bunu Böyük Britaniyanın Baş Qərargah rəisi Nikolas Karter deyib. “Mühacirləri Avropa İttifaqının sərhədlərinə sıxışdırmaq ideyası Rusiyanın sabitliyi pozan oyunlarından biridir. Belarus və Ukrayna sərhədlərində baş verənlər də illərdir Rusiya hökumətinin klassik diqqətyayındırma aksiyasıdır. Bu gərginliyin müharibəyə çevrilib-çevrilməyəcəyini bilmirəm. Düşünürəm ki, ayıq olmalıyıq. Mümkün…

Putin NATO və ABŞ-ı tənqid edib

Rusiya Prezidenti Vladimir Putin Belarus-Polşa sərhədindəki miqrant gərginliyi ilə bağlı danışarkən, NATO və ABŞ-ı da tənqid edib. Putin ABŞ hərbi gəmilərinin NATO missiyası çərçivəsində Qara dənizə girməsi və alyansın buradakı hərbi təlimlərinin Rusiyaya meydan oxuma olduğunu deyib. “ABŞ və NATO müttəfiqləri Qara dənizdə plansız hərəkətlər həyata keçirirlər. Üstəlik, bu təlimlər üçün güclü şəkildə formalaşdırılmış Hərbi…

Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə bağlı bəyanat qəbul edib

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü münasibətilə bəyanat qəbul edilib. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Sənəddə Azərbaycanın ötən ilin 27 sentyabr tarixində başlamış və 44 gün davam etmiş müharibə nəticəsində öz torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri…

Misir mətbuatı İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsinə geniş yer ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi Misir mətbuatının diqqət mərkəzində olub. Misirin nüfuzlu “Cümhuriyə” və “Əl Masr Əl Yom” qəzetləri, “Əl Ğad”, “Əl Diplomasi”, “Yeni Dünya xəbərləri” portalları, həmçinin “Asia Əl Yom” agentliyinin saytında yayımlanan xəbərlərdə qeyd olunub ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq…

Şuşada rus ekspertlərin iştirakı ilə dəyirmi masa keçirildi

Şuşada Rusiyanın tanınmış ekspert və elm adamlarının iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları da iştirak ediblər. Əvvəlcə qonaqlar Qarabağın “hava qapısı” adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlara məlumat verilib ki, bu hava limanı…