“Makrona dedim ki, qardaşım Əliyev…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada qatıldığı G-20 sammiti çərçivəsində görüşdüyü fransalı həmkarı Emmanuel Makronla Ermənistan-Azərbaycan məsələsini müzakirə edib. Bu barədə Türkiyə prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib. “Makron görüşdə Cənubi Qafqazı gündəmə gətirdi. Dedim ki, mən ötən həftə orada olmuşam və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşım İlham Əliyev də bu müsbət addımları…

“Xankəndi tarixi Azərbaycan ərazisidir, mübadilə üçün heç bir əsas yoxdur, orada bayrağımız dalğalanacaq”

“”Xankəndinin Mehri ilə dəyişdirilməsi” kimi fikirlər ekspert səviyyəsində səsləndirilmiş fikirlərdir. Ümumiyyətlə, 1990-cı illərin əvvələrində ərazi mübadiləsi nəticəsində münaqişənin həll edilməsi ilə bağlı müxtəlif mülahizələr olub. Cənab Prezident İlham Əliyev də münaqişənin həll yolu barədə danışarkən qeyd edib ki, biz vaxtilə Dağlıq Qarabağ adlandırılan əraziyə ən yüksək status verməyə hazır idik, lakin Ermənistan qəbul etmədi. Nəticədə,…

Prezident bir qrup şəxsi təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Abbasov Rafail Əli oğlu Abbasov Rəhim Abbas oğlu Ağayev Səmədağa Qasım oğlu Ansuxskiy Abdulqədir Əli oğlu Babayev Məhəmməd Həsənağa…

Zelenski Bayraqdar-TB2 ilə bağlı: “Ordu lazım bildikdə…”

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Türkiyə istehsalı olan dronlarını (Bayraqdar-TB2) ilk dəfə Donbasda istifadə edilməsinin leqal olduğunu bəyan edərək Almaniya və Fransanın tənqidlərini qəbul etməyib. Ukrayna lideri Türk dronlarının istifadə edilməsinin müdafiə xarakterli olduğunu, atəşkəsi pozmadığını bildirib. “Atəşkəs razılaşması çərçivəsində hərəkət edirik. Ukrayna bu formatda fəaliyyət göstərməyə davam edəcək. Ukraynadakı dronlar sadəcə müdafiə məqsədlidir. Ukrayna…

İngiltərə-Fransa gərginliyi pik həddə

İngiltərə balıqçılıq probleminə görə ötən gün Fransanın bir balıqçı gəmisini saxlayıb. Bəyan edib ki, təhdidlər davam edərsə, sərt reaksiya veriləcək. İngiltərənin ətraf, qida və kənd təsərrüfatı naziri Georgia Eustik Fransanın anlaşmazlıqla bağlı şərhlərinin qəbul edilməz olduğunu açıqlayıb. Nazir Fransanın İngiltərəyə qarşı hansısa tədbir görməsi halında Londonun da eyni oyunu oynayaraq əhatəli şəkildə cavab vermək imkanlarını…

“Bayden-Ərdoğan görüşünü gözləyirəm, ancaq…”

“ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qlazqoda görüşəcəyini gözləyirəm. Hazırda bunu təsdiq edə bilmərəm, amma gözlənti budur”. Bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sullivan deyib. Türkiyənin ABŞ-dan F-16 tələbinə dair məsələyə gəldikdə ABŞ rəsmisi bildirib ki, Türkiyə artıq F-35 proqramında deyil: “F-16 proqramına gəlincə, ölkələrin döyüş təyyarələrini necə alacağına dair uzun…

ABŞ və Rusiya arasında diplomatik kriz

“Növbəti aylarda ABŞ 55 rus diplomat və texniki personalın ölkəni tərk etməsini istəyəcək və bu diplomatik cəbhədə durumu da daha da pisləşdirəcək”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Sözçü qeyd edib ki, Rusiyadakı ABŞ diplamatik missiyalarında 130 nəfər işləyir. Onun sözlərinə görə, ABŞ-da Rusiya səfirliyində, konsulluğuna, eləcə də Xuyustondakı missiyada 200-dən az…

“Yeni münaqişə ocağı yaranır”

“Asiya-Sakit okean regionunda çətinliklər və təhdidlər artıb, yeni münaqişələrə yol açacaq durum yaranıb”. Bunu Rusiya Prezidenti Vladimir Putin XVI Şərqi Asiya Sammitində onlayn çıxışı zamanı deyib. “Biz dəfələrlə demişdik ki, xüsusilə Ortamənzilli Nüvə Qüvvələri Sazişinin (INF) ləğvi ilə regionda bu hücum silahlarının sayı və buna uyğun olaraq silahlanma yarışı artacaq”, – Putin bildirib. Rusiyanın Asiya-Sakit…

“Bu qərarı Azərbaycanla birlikdə verəcəyik”

“Türkiyə Ermənistanla bağlı bütün qərarları Azərbaycanla birlikdə verəcək”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması ilə bağlı İrəvandan müsbət siqnalın olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Bu məsələlərlə bağlı Azərbaycanla birgə məsləhətləşmələr aparırıq. Ermənistandan müsbət mesajlar gəldi. Biz də Ermənistanın atacağı müsbət addımlara cavab verəcəyimizi bildirdik. Azərbaycanla birlikdə hansı addımları…

“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq”

Çinlə qarşıdurmada olan Tayvan hökumətinin lideri Tsay İnq-ven ABŞ hərbi qüvvələrinin bu ölkənin ordusuna təlim keçmək üçün adaya gəldiyini açıqlayıb. O, ABŞ-ın adanı Çinin mümkün müdaxiləsi və ya işğalından qoruyacağına inandığını deyib. Tayvan lideri CNN müxbirinin “Əgər Çin sizə qarşı hərbi addım atsa, ABŞ-ın sizi müdafiə edəcəyinə inanırsınızmı?” sualına belə cavab verib: “ABŞ-la uzunmüddətli əlaqələrimizi…