“Ucuz enerji” dövranı keçmişdə qaldı”

“Rusiya-Ukrayna müharibəsi səbəbindən “ucuz enerji” dövranı başa çatıb”. Bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında bəyan edib. Aİ komissarı Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal təbii qaz təchizatının sərtləşdiyini və Rusiyanın boru kəməri ilə Avropaya göndərdiyi qazın miqdarının son səkkiz ayda 80 faiz azaldığını bildirib. Fon…

NATO gələn il üçün hərbi büdcəsini açıqladı

NATO 2023-cü il üçün hərbi büdcənin həcmini müəyyən edib. Onun həcmi 1,96 milyard avro təşkil edəcək. Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti xəbər verib. “Hərbi büdcə NATO komandanlıq strukturunun qərargahının, missiyalarının və dünya üzrə əməliyyatlarının əməliyyat xərclərini əhatə edir”, – deyə məlumatda bildirilib. Həmçinin, gələn il üçün təşkilatın mülki büdcəsi 370,8 milyon avro müəyyən…

Daha bir ölkədə Rusiya terrorizmin sponsoru kimi tanındı

Polşa Milli Assambleyasının Aşağı Palatası Rusiyanı terrorçuluğu dəstəkləyən dövlət kimi tanıyan qətnamə qəbul edib. Sənəd Seymin saytında dərc olunub. Polşa parlamentariləri Rusiyanı hərbi cinayətlərdə, soyqırımında və düşmən iqtisadi fəaliyyətdə ittiham ediblər. “Rusiya 2014-cü ilin iyulunda 298 nəfərin ölümü ilə nəticələnən Malayziya Hava Yollarına məxsus təyyarənin (MH17) qəzaya düşməsinə, həmçinin 2010-cu ilin aprelində Smolenskdə Polşa prezidenti Lex…

Türk Dövlətləri Təşkilatı Üçtərəfli Zirvə Görüşü ilə bağlı bəyanat yayıb

“Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluğumuzu bildirmək istərdim. Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir”. Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət…

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Dövlətimizin başçısı İlham Əliyev…

Reznikov Rusiya ilə danışıqlar barədə açıqlama verib

Ruslar Ukraynanın enerji infrastrukturuna zərbələr endirməkdə davam edir. Bu cür hərəkətlər danışıqların başlanmasına hesablanır. Platform4.news xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov brifinq zamanı deyib. “Onlar döyüş meydanında üstünlük əldə edə bilmirlər və dinc əhali ilə vuruşurlar. Məqsədləri qışda bizi qaranlığa, soyuğa qərq etməkdir ki, biz təslim olaq. Sonra onların planına uyğun olaraq…

Ərdoğan Zelenski ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı söhbət zamanı Zaporojye AES-dəki vəziyyət də müzakirə olunub. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Dövlət başçısı tezliklə tərəflərin AES ilə bağlı vəziyyətin həlli yoluna yaxınlaşılacaqlarına ümid etdiyini söyləyib. Prezident Ərdoğan həmçinin görüş zamanı Ukrayna xalqının çətin qış aylarında humanitar yardım ehtiyaclarını qarşılamaq üçün…

Adını tarixə əbədi həkk etdirən şəxsiyyət

Ümummilli lider Heydər Əliyev tarixə öz adını əbədi həkk edən nadir şəxsiyyətlərdəndir. O, həyat və fəaliyyəti ilə Azərbaycan xalqının taleyində əhəmiyyətli rol oynayıb. Qüdrətli siyasi xadim istər SSRİ dövründə, istərsə də müstəqilliyimizin ilk illərində Azərbaycanın milli azadlıq və istiqlaliyyəti, gələcək inkişafı naminə əsl xilaskarlıq missiyası yerinə yetirib. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məhz…

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Türkiyə prezidentinin administrasiyasından məlumat verilib. Söhbət zamanı ikitərəfli münasibətlər, xüsusilə enerji məsələləri müzakirə edilib, taxıl dəhlizi və terrorla mübarizə başda olmaqla regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident Ərdoğan 13 milyon tondan çox taxılın ehtiyacı olanlara birgə səylərlə çatdırılmasını təmin…