“Azərbaycanla Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır”

“Ukrayna hər zaman Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq münasibətlərimiz olan dövlət kimi qiymətləndirib və belə hesab edir”. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib. “Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində fevralın birinci dekadası xüsusi yer tutur. 1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub. 1992-ci il…

İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti təyyarə Türkiyəyə yola salındı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb. Bu barədə FHN məlumat yayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar,…

“Ermənistan ona uzanan sülh əlini tutmalıdır”

“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm Prezidentlərimizin (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan – Red.) çəkdiyi çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik”. Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi və…

“2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükünün başlayacağını gözləyir. Bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç bildirib. “Serbiya sonrakı mərhələdə Cənub Qaz Dəhlizi layihəsində daha çox iştirak etdi, lakin biz bu marşrutun bir hissəsi olmaq üçün səylə çalışırıq. Bu, bizə qaz təchizatı mənbələrimizi şaxələndirməyə və onları daha təhlükəsiz etməyə imkan verəcək”, –…

“Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik”

“İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”. Bu barədə Azərbaycan Prezidenti İlham…

Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir

Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib. “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla…

“Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur”

“Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur”. Bunu Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin “Twitter”də yazıb. Bu gün Bakıda Prezident İlham Əliyevlə görüşən dövlət başçısı ölkəmizə ilk sərəfi münasibətilə sosial şəbəkədə paylaşım edib. “Bu tərəfaşlığı vətəndaşlarımızın rifahı naminə daha da möhkəmlənəcəyik”, – deyə Klaus Yohannisin əlavə edib.  

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təminatına əsaslı töhfələr verir”

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verir”. Bu barədə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib. Amerikalı qonaq qeyd edib ki, Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivləri meydana çıxıb. Azərbaycan…

“Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb”

“Hazırda Azərbaycanın enerji diplomatiyası qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki iclasında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələr əldə olunub”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə…