Prezident və birinci xanım Füzulidə səfərdə oldular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Dövlət  başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində…

Füzuli Hava Limanına beynəlxalq status verilib

Füzuli Hava Limanına beynəlxalq status verilib. Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib. Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq…

Nazir Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında

2021-ci ilin 14 oktyabr tarixində Belarus Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. Nazir Ceyhun Bayramov çıxışında iclasın gündəliyinə daxil olan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edən məsələləri qeyd edib və müzakirə ediləcək məsələlər sırasında “MDB-nin 30 illiyi ilə…

İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edir – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib. Belarus Prezidenti Aleksandr Lukaşenko iclasın gündəliyi barədə məlumat verdi, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı və üzv ölkələrə Belarusa təşkilata rəhbərliyi dövründə göstərdikləri dəstəyə görə minnətdarlıq etdi. Belarus Prezidenti bildirdi ki, Müstəqil Dövlətlər Birliyinin…

Akardan Suriya ilə bağlı mühüm açıqlama

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Prezident Ərdoğanın “Suriyanın şimalına yönəlik əməliyyat siqnalı” verməsinin ardınca açıqlama verib. Ötən gün Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Suriyada əməliyyat keçirilməsinin mümkünlüyünü qeyd etmişdi. Bu gün isə Hulusi Akar bəyan edib ki, lazım olan nə varsa yeri və zamanı gəlincə Prezident Ərdoğanın liderliyində ediləcək: “Buna kimsənin şübhəsi…

“Azərbaycan və Türkiyə arasında tərəfdaşlıq ən yüksək səviyyəyə qalxıb”

“Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlər bu gün qardaş ölkələrin prezidentlərinin rəhbərliyi ilə müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəsinə qalxıb”. Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu ilə görüşdə deyib. R.Usubov Vətən müharibəsinin ilk anlarından…

“LƏKƏLƏ!”, “QARALA!”, “GÖZDƏN SAL!” QƏRBİN MÜƏYYƏN SİYASİ DAİRƏLƏRİNİN “İFRAZAT MAŞINI” İŞ BAŞINDA…

Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar Qərbin Ermənistana yaxınlığı ilə seçilən müəyyən siyasi dairələri və onaların qulbeçələri olan antimilli ünsürlərdır. Bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamani və s.) ifrat fəallaşır və öz xislətlərinə…

Azərbaycan digər beynəlxalq məhkəmələrdə də Ermənistana qarşı iddialar qaldıracaq

“Azərbaycan müstəqilliyinin ilk günlərindən işğal faktoru ilə mübarizə aparmaq məcburiyyətində qalıb”. Bunu  XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib. L. Abdullayeva bildirib ki, bu gün artıq biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa…

Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib

Oktyabrın 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargah rəisi qonağı salamladıqdan sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan…