Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən əsas məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir. Ölkəmiz Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının fəal iştirakçılarından biridir. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Azərbaycan və Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Avrokomissar: Azərbaycan…

Yunan nazir Ərdoğan barədə elə sözlər dedi: “Atatürk kimi…”

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias “Meetpoint” adlı televiziya verilişində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yüksək fikirlər səsləndirib. Jurnalist Olqa Tremminin suallarını cavablandıran yunan nazir Türkiyə prezidentinin bölgədə güclü lider olduğunu söyləyib. “Türkiyəyə ən az Mustafa Kamal Atatürkün idarə etdiyi zaman qədər rəhbərlik edib və ölkəsinin fizionomiyasını dəyişdirib”, – o bildirib. Nazir Ərdoğanla bir…

Baydenlə Putin arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Bu barədə Ağ Ev məlumat yayıb. Telefon danışığında prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya sərhədlərarası humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.

Belçikadan mühüm qərar: “Türklər soyqırımı riski qarşısındadır”

Belçika parlamenti Şərqi Türküstandakı uyğur türklərinin ciddi soyqırımı riski altında olduğunu və uyğurlarla rəftarın insanlığa qarşı cinayət hesab edildiyini bildirən qətnamə layihəsini qəbul edib. Fəhlə Partiyası xaricində bütün siyasi partiyalar Belçika Federal Məclisinin qanun layihəsini dəstəkləyib. Qanun layihəsinə uyğurlara qarşı soyqırımı riski və bəşəriyyətə qarşı cinayətlər barədə açıqlamalar və Belçika hökumətinin Çinə bəzi müraciətləri daxil…

“Xankəndindəki erməni seçicilərimizlə birbaşa təmaslarımız var”

“Son günlər Xankəndindən olan erməni seçicilərimizin bizə müraciəti çoxalıb. Şəxsən ofisimə çoxlu mesaj və məktublar daxil olur. Biz dəfələrlə qeyd etmişik ki, Qarabağda yaşayan emənilər, xüsusilə Xankəndindəki seçicilərimiz erməni əsilli Azərbaycan vətəndaşlarıdır. Biz bu yaxınlarda “Votsap” nömrəsini aktivləşdirdik və ora çoxlu sayda erməni seçiciləri müraciət edirlər”. Bunu Milli Məclisdə Xankəndini təmsil edən deputatı Tural Gəncəliyev deyib.…

Cəbrayılda ağ fosfor tərkibli sursatlar aşkarlandı

Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb. Bu barədə  ANAMA məlumat verilib. Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı…

Prezident: “Şuşa Bəyannaməsi bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır”

“Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi”. Prezident İlham Əliyevin XXIV Avrasiya İqtisadi Zirvə…

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verildi – Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib: İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Abdullayeva Leyla Yaşar qızı Həbibzadə Elcan İbrahim oğlu Rəfiyev Yalçın İlqar oğlu.

Qələbəmiz Azərbaycan-Türkiyə qardaşlığının nailiyyətidir – Prezident

Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Bunu Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində qeyd edib. Dövlət başçısı bildirib: “Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə…

İtaliyalı senatorlar: “Ermənistan işğaldan azad edilmiş bütün ərazilər üzrə mina xəritələrini təqdim etməlidir”

İtaliya Senatında “İrəli İtaliya” partiyası siyasi qrupunun sədr müavini senator Maria Rizzotti və “İrəli İtaliya” partiyasının üzvü senator Urania Papatheu Ermənistanın işğal dövründə Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsi haqqında 12 iyun və 3 iyul 2021-ci il tarixlərində əldə edilmiş razılaşmalarla bağlı İtaliya mətbuatına açıqlamalar…