Moskva NATO-ya son xəbərdarlığını etdi

“NATO Polşaya nüvə bombası yerləşdirsə Rusiya adekvat cavab verəcək”. Kremlin mətbuat katibi Dmitriy Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya NATO-ya cavab olaraq Belarusa nüvə bombası yerləşdirə bilər. “NATO-nun Polşaya nüvə bomba yerləşdirəcəyi təqdirdə, Belarus öz torpaqlarına bu silahlardan yerləşdirilməsi üçün Rusiyaya təklif irəli sürəcək” – deyə Peskov bildirib.

ABŞ-ın siyasəti III Dünya müharibəsinə gətirib çıxaracaq

“ABŞ-ın məsuliyyətsiz xarici siyasəti dünyanı III Dünya Müharibəsinə aparır”. Bu barədə meksikalı professor Con Sakse-Fernandes “La Jornada” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Amerikalı siyasi liderlər özlərini təkəbbürlü aparır, çoxqütblü dünyada nəzakət hissinə məhəl qoymur, həmçinin BMT-də dövlət suverenliyi prinsipini rədd edirlər. Müəllif hesab edir ki, NATO və ABŞ-ın aqressiv davranışı bütün bəşəriyyətin varlığını təhdid edir.…

Zelenski Boris Consonla Donbassı müzakirə etdi

Ukrayna prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığı olub. Xarici KİV-lər xəbər verir ki, telefon söhbəti zamanı tərəflər enerji təhlükəsizliyi məsələlərini və Ukrayna ətrafında gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə ediblər. “Boris Consonla məhsuldar söhbətim oldu. Biz enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə…

NATO Baş katibi Rusiya ilə nüfuz dairələrinə dair konfransın keçirilməsinə qarşı çıxıb

NATO Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasına qarşı çıxıb. NATO Baş katibi “Journal de Dimanche-ə verdiyi müsahibədə Rusiyanın məlum ideya ilə bağlı təklifini NATO üçün geri addım adlandırıb: “Böyük dövlətlərin qonşularının nə edə və ya edə bilməyəcəyinə nəzarət edə biləcəyi təsir zonalarını yenidən müzakirə edəcəyimiz yeni konfransın keçirilməsi…

“Münasibətlərin normallaşması Ermənistanın atacağı addımlardan asılı olacaq”

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası ötən həftə keçirilib. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün bölgə üçün normallaşma arzusundayıq və bu yanaşmamızda tam səmimiyik”. Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib. “Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olaraq ehtiyatla…

Türkiyə ilə Azərbaycan birgə döyüş təyyarələri istehsal edə bilər

“Milli döyüş təyyarəmizlə bağlı ortaq istehsal üçün qapılarımız bizimlə əməkdaşlıq etmək istəyən ölkələrə açıqdır. Biz Azərbaycan, Pakistan kimi ölkələrlə bu məsələ ilə bağlı danışırıq və güclərimizi birləşdirmək təklifləri irəli sürürük”. Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin direktoru İsmayıl Dəmir “CNN-Türk”ə müsahibəsində bildirib. İsmayıl Dəmir əlavə edib ki, Türkiyə aviasiya və müdafiə sənayesi sahəsində təcrübəsi,…

“Ərdoğanla Putinin dostluğu elə bir həddədir ki…”

“Prezident Ərdoğanla Putinin çox isti dostluq əlaqələri var” deyən Dmitri Peskov Osmanlı imperiyasının yenidən qurulması ilə bağlı suala da cavab verib. Peskov yeni Osmanlının qurulması ilə razılaşmayıb: “Türkiyənin türk birliyi ideyaları populyardır. Bəli, bizim tatar, başkırdlar kimi, Mərkəzi Asiya türklərinin də Türkiyə ilə ortaq tarix, ümumi mədəniyyətləri var. Dil tarixi və adət-ənənələri də oxşayır. Bunda…

İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin…

ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşlərini alqışlayır

ABŞ Dövlət Departamenti Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşlərə münasibət bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün “Twitter” hesabında bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır. “Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, – N. Prays…

Prezident Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Siyavuş Hüseyn oğlu Quliyev Fəlah Fəxrəddin oğlu Mustafayev Zahid Seyfəddin oğlu Tahirov Rasim Firudinoviç…