“Minsk Qrupu artıq işlək deyil, onun mandatına son verilə bilər”

ABŞ administrasiyası ATƏT-in Minsk Qrupu mexanizminin artıq işləmədiyini, Vaşinqtonun yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanması ilə məşğul olduğunu bəyan edib. Bu fikirləri ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bildirib. “Düşünürəm ki, ATƏT-in Minsk Qrupu konsensus vasitəsilə onun mandatına son verə biləcəyimiz səviyyəyə qədər…

Ukraynanın enerji infrastrukturuna hücumlar Rusiyada qalan ən güclü silahdır

PLATFORM4.NEWS xəbər verir ki, prezident Vladimir Zelenski telemarafonda keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna yaxınlaşan qışdan sağ çıxsa, Rusiya ilə müharibədə qalib gələcək. O, ukraynalıların bunu bacaracaqlarına əmin olduğunu bildirib. “Əgər biz bu qışdan sağ çıxsaq – biz ondan sağ çıxacağıq – bu müharibədə mütləq qalib gələcəyik. İnanın, enerji zərbələri Rusiyada qalan ən güclü silahdır”,…

İlham Əliyevdən “Böyük Qayıdış”la bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq…

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha…

“Erməni diasporunun xidmətçisi olan Fransadan qalmaqallı Azərbaycan qərarı” – VİDEO

Müsəmləkəçilik, kölə ticarəti və soyqırım. Fransanın tarixi belə qara ləkələrlə zəngindir. Bu barədə Türkiyənin “Haber Global” telekanalının süjetində bildirilir. “Lakin Fransa senatı ölkəsinin qaranlıq tarixi keçmişilə üz-üzə qalmaqdan yayınaraq, Azərbaycanı əsassız iddialarla hədəf almağı tərcih edir. Belə ki, senatın qalmaqallı qərarı ölkə hökumətinə Azərbaycana qarşı sanksiyaların tətbiqini tövsiyyə edir. Sənədin hüquqi qüvvəsi olmasa da, bu,…

“Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək”

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya idxalından asılılığını azaltmağa kömək edəcək. Bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib. “Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan…

“Müttəfiqimiz Türkiyə ilə həmrəyik”

NATO müttəfiqi Türkiyə ilə həmrəydir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb. O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib. “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”, – Stoltenberq sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81…

Zelenski G20 sammitində müraciətlə çıxış edəcək

Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 15-də keçiriləcək G20 sammitində çıxış edəcək. Dövlət başçısı müharibənin 263-cü gününün sonunda verdiyi videomüraciətdə Ukraynanın mövqeyinin çox mənalı şəkildə təqdim olunacağına bildirib. “Və biz artıq Ukrayna üçün vacib həftəyə – diplomatik həftəyə çox fəal hazırlaşırıq. G20 sammiti İndoneziyada keçiriləcək və bizim mövqeyimiz təqdim olunacaq. Çox əhəmiyyətlidir”, – Ukrayna lideri deyə…

“Qərarı Ukrayna özü verəcək”

Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verməlidir. Bu sözləri Şərqi Asiya Sammitində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşün nəticələrinə dair açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken bəyan edib. Entoni Blinken həmçinin bildirib ki, Kiyev danışıqların məzmununa görə özü məsuliyyət daşıyır. Görüşdə D. Kuleba və E. Blinken “Taxıl müqaviləsi”nin qlobal…

Azərbaycan və Fransa Prezidentləri arasında telefon danışığı olub

Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha…