“Qardaş kimi birlikdə hərəkət edirik”

Bu gün Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümüdür. Bu münasibətlə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye təbrik yazıb. Diplomat bu günün, həqiqətən, tarixi olduğunu bildirib. “Pakistan və Azərbaycan xalqını təbrik edirəm. Qardaş kimi birlikdə hərəkət edirik”, – deyə o, özünün “Twitter” hesabında yazıb. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci…

ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir

ABŞ səfiri Örl Litzenberger Azərbaycan-Ermənistan münasibətləri barədə açıqlama verib. Səfir keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir. O bildirib ki, ABŞ hər iki ölkə ilə sülh prosesi üçün dialoq aparır. “Sülhə nail olmağın yollarını tapmaq üçün tərəflərlə dialoqdayıq”, – deyə o əlavə edib.

Lavrovdan Bakı ilə İrəvan arasında sülh müqaviləsinə dair bəyanat

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu bəyan edib. RF xarici siyasət qurumunun rəhbəri bu barədə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “Biz öz tərəfimizdən İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğumuzu bir daha təsdiqlədik”, – deyə…

“Kimsə Rusiyanı alçaltmamağı xahiş edərkən, bu ölkə yeni hücumlara əl atır”

Rusiya ukraynalıları öldürməkdə davam edir, bəziləri isə bu ölkəni alçaltmamağı xahiş edir. Moskva Avropadan sərt cavab almalıdır. Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb. “Kimsə Rusiyanı alçaltmamağı xahiş etdiyi halda, Kreml yeni məkrli hücumlara əl atır. Bu gün Kiyevə raket hücumlarının yalnız bir məqsədi var – mümkün qədər çox ukraynalının…

“Bizim dediklərimizə gələcəklər, bunu da görəcəyik”

“Bəli, dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümükünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər. Allah ömür versə, bunu da görəcəyik”. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının tioplantısında səsləndirib. O bildirib ki, getdikcə daha çox ölkə BMT-nin Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu anlayır və bu məsələdə…

Venesuela neftini Aİ-yə ixrac edəcək

Amerika Birləşmiş Ştatları Venesuela neftinin Avropaya tədarükünə icazə verdi. Avropa şirkətləri Rusiya neftini əvəz etmək üçün iyulda Venesueladan neft göndərməyə başlaya bilər, Reuters xəbər verir. İtaliyanın Eni SpA və İspaniyanın Repsol SA şirkətləri icazə aldılar. Bunlar neftin kiçik həcmləri olacaq, ona görə də dünya qiymətlərinə təsir cüzi olacaq. ABŞ administrasiyası ümid edir ki, Venesuela nefti…

Ərdoğanın 2023-cü il prezident seçkilərində namizədliyi açıqlandı

Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb. Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib. “Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, – deyə Çelik bildirib. O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib.

Prezident bir qrup işçiyə fəxri ad verib

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: Abasov Xalid Əvəz oğlu Abdullayev Elşad Əlipaşa oğlu Abışov İxtiyar Şükür oğlu Məmmədov Adəm İman oğlu Məmmədov Natiq Misir oğlu.

Ukraynanın müdafiə naziri Kiyevi NATO-nun faktiki üzvü kimi tanımağı təklif edib

Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-ya Ukraynanı faktiki üzv kimi tanımağı və onu alyansın Madrid sammitində müzakirə olunacaq yeni strategiyasına daxil etməyi təklif edib. “NATO-nun Madriddə keçiriləcək sammiti zamanı… (alyans – red.) növbəti 10 il üçün strategiya qəbul edəcək. Məncə, əgər söhbət Ukraynanın de-yure deyil, de-fakto NATO-ya üzvlüyündən gedirsə, bu yaxşı fikir ola bilər, belə…

Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Məlumata görə, görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük istəyi müzakirə olunub. Görüş zamanı Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələblərinə dair Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının ədalətli və qanuni əsaslara söykəndiyini qeyd edib. Prezident vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə…