Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə iyunun 14-nə NATO zirvəsi çərçivəsində planlaşdırılan görüşündən əvvəl ABŞ-dan qalmaqallı açıqlamalar səslənib. “Haber Global” məlumat verir ki, ABŞ Dövlət katibi Entoni Blinken bəzi iddialarla çıxış edib. “Aramızdakı ayrılıqlar sirr deyil. Türkiyə NATO-nun müttəfiqi kimi davranmır”, – deyə o, Ankaranın Moskva ilə S 400-lərlə bağlı razılaşmasını xatırladıb.…










