Azərbaycanla Rusiya sərhəd buraxılış məntəqələrinin əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq edəcək

Azərbaycanla Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət aparacaq. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat…

Aİ-nin dörd ölkəsi Azərbaycandan qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait istəyib

“Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan təbii qazının Avropaya nəqli üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib”. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların tikintisindən və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasından…

“Ermənistanın işğalçılıq siyasəti və tarixi-mədəni irsə davranışı qeyri-insanidir”

“Mədəni mirası məhv etmək, başqa ölkənin torpaqlarını qəsb etmək qeyri-insani münasibətdir”. Bunu  Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib. O, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya və tarixi-mədəni abidələrə zərər verməsini işğalçı dövlətin məğlubiyyəti kimi qiymətləndirib. Baş katib vurğulayıb ki, ermənilərin mədəni mirasa bu cür davranışı başqa xalqın mədəniyyətinə hörmətsizlikdir:…

Rusiya yazda növbəti genişmiqyaslı hücum planlaşdırır

Rusiya bu yaz genişmiqyaslı hücum planlaşdırır. Ukrayna və tərəfdaşlar bundan xəbərdardırlar və fəal şəkildə hazırlaşırlar, müdafiə naziri Oleksiy Reznikov “Amerikanın Səsi”nə müsahibəsində bildirib. O, əmin edib ki, Ukrayna və tərəfdaşlar bütün risklərin dərk edilməsində eyni tərəfdədirlər. “Biz bu barədə uzun müddətdir ki, kəşfiyyatımız, analitiklərimiz və Baş Qərargahla danışırıq, ona görə də, əlbəttə ki, buna hazırlaşırıq”,…

“20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Diplomat bununla bağlı özünün sosial şəbəkədəki hesabından paylaşım edib. “Bu gün 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, – deyə diplomat bildirib.    

Azərbaycan Ermənistana qarşı yeni iddia qaldırdı

18 yanvar 2023-cü il tarixində Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb…

“Nüvə dövlətinin adi savaşda uduzması nüvə müharibəsinə gətirib çıxara bilər”

“Nüvə gücləri böyük münaqişələrdə məğlub olmayıblar”. Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda siyasətçilərin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı səsləndirdikləri fikirləri şərh edib. Medvedev bu barədə öz “Twitter” hesabında paylaşım edib. “Davosda siyasətçilər təkrarlayırdılar ki, sülh əldə edilməsi üçün Rusiya uduzmalıdır. Onların heç biri…

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparırlar”

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var: “Bələdiyyə sədrləri qanunvericiliyi bilmirlər. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər”. Deputat bildirib ki, bələdiyyə sədrləri vətəndaşdan nəsə umur: “Belə olanda bələdiyyələrin işi…

“Azərbaycan önəmli tranzit ölkəyə çevrilib”

Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu barədə Prezident İlham Əliyev yanvarın 17-də Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşdə bildirib. Bu sahədə də “Damen Shipyards Group” şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini vurğulayaraq,…