İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər. Prezidentin köməkçisi Anar Ələkbərov burada yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi…










