Zelenskidən Putinə cavab gecikmədi
“Həm müharibəni davam etdirmək, həm də eyni millətdənik demək olmaz”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski dünən Rusiya Prezidenti Vladimir Putinin “ukraynalılar və rusları bir millət kimi görürəm” açıqlamasına cavab olaraq deyib. Prezident Zelenski bildirib ki, ruslar və ukraynalılar arasında çoxlu ortaq nöqtələr var: “Tariximizin bir qismi müştərəkdir, xatirələrimiz, qonşuluğumuz, qohumluq, faşizmə qarşı birgə qələbə və…










