Qələbənin memarı İlham Əliyevdir

“Millətimizi təbrik edirəm. Tarixi günlər yaşayırıq. Müharibə 44 gün davam etsə də, dövlətimiz uzun illər fəaliyyət göstərmiş, buna hazırlaşmışdı. Müharibə Azərbaycan tərəfindən ədalətli, işğal olan ərazilərin azad edilməsini hədəfləyən addım idi”. Bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı deyib. O əlavə edib ki, düşmənin mülkü obyektləri vurması onun iç üzünü göstərdi: “Müharibədən Azərbaycandan bir nəfər…

“Ermənistan iddialardan imtina etməli, sülh müqaviləsi imzalanmalıdır”

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamalıdır. Bu istiqamətdə Ermənistan tərəfindən müsbət rəy gözləyirik, ancaq hələ də heç bir nəticə görmürük. İşğal iddiaları hələ də qalır. Bu, tamamilə qəbul olunmazdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.…

Türkiyə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyə başladı

Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 4 noyabr tarixində İstanbulda keçirilən IV İclasında Şuraya müddətli sədrlik Azərbaycandan Türkiyəyə keçib. Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycanın sədrliyi dövründə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bir çox tədbirlərin fasiləsiz və uğurla həyata keçirildiyini bildirib və səmərəli əməkdaşlığa görə Azərbaycanın təhsil naziri Emin Əmrullayevə təşəkkürünü çatdırıb. Akademiya rəhbəri Türkiyə tərəfinin sədrliyi…

44 günlük müharibənin beynəlxalq hüquqa təsiri: Azərbaycan BMT qətnamələrini icra etdi

Beynəlxalq hüququn işləmədiyi gerçəkliyi Qarabağ münaqişəsində çılpaqlığı ilə ortaya çıxdı. I Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən Ermənistan 30 ilə yaxın müddətdə işğala davam etdi. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etdi, danışıqlar masası quruldu, ATƏT-in Minsk qrupu fəaliyyətə başladı, təkliflər, həll planları gündəmə gətirildi. Lakin bir addım belə irəliləyiş olmadı. BMT…

Putin generalları topladı

Rusiya Prezidenti Vladimir Putinin ölkənin hərbi bürokratiyası ilə ilk dəfə pilotsuz təyyarələri müzakirə etmək üçün xüsusi görüş keçirməsi müzakirə mövzusuna çevrilib. “Moskovski Komsomolets” qəzeti generallarla görüşün Türkiyədə istehsal olunan PUA-ların Ukrayna tərəfindən Donbasda separatçılara qarşı istifadə edilməsindən sonra planlaşdırıldığına diqqət çəkib. Bunu “Türkiyə ilə rəqabət” kimi qələmə verən qəzet Rusiyanın siyasi elitasının hərəkətə gətirməsinə zəmin…

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib. Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirildi. Söhbət zamanı tədbir iştirakçıları…

Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda çıxış edib – FOTO-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib. Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi…

Azərbaycan Pakistandan qırıcı təyyarələr ala bilər

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarının satın alınmasına maraq göstərib. Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib. Onun sözlərinə görə, Azərbaycan “JF-17 Block 3” modifikasiyalı qırıcını əldə etmək niyyətindədir. Qeyd edək ki, “JF-17 Block 3” ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin…

Putin “S-500”lərlə hədələdi

“Bu yaxınlarda ABŞ-ın hərbi gəmisi Qara dənizə daxil olub, bunu durbinlə belə görmək mümkündür”. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin ABŞ-ın ortamənzilli raketləri Avropaya yerləşdirmə planının Rusiya üçün böyük təhlükə və təhdid yaratdığını bildirib: “Buna görə də əvvəlki qərarlara uyğun olaraq, 200-dən çox təyyarə və helikopter, 26 “S-350” və “S-400” hava hücumundan müdafiə raket…

Ərdoğan Qlazqo səfərindən imtina etdi

Türkiyə Prezidenti G20 dövlət başçılarının Romada keçirdiyi görüşdən sonra Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Beynəlxalq İqlim Konfransında iştirak etməyəcək və Romadan Ankaraya qayıdacaq. Bu barədə İngiltərə media qurumu “Middle East Eye” mlumat yayıb. Media quruluşu bildirib ki, Şotlandiya rəsmiləri Türkiyənin istədiyi təhlükəsizlik protokollarının çoxunu qarşılaya bilməyəcəyini bildirdikdən sonra Ərdoğan Qlazqoa səfərini təxrirə salıb. Romadakı türk heyəti…